Accessibility links

ABŞ və Fransa prezidentləri Ağ Evdə görüşüblər


Prezidenti Barak Obama və Fransa Prezidenti Nikola Sarkozı Ağ Evdə qlobal iqtisadiyyatdan tutmuş, İrana qarşı sərt sanksiyaların tətbiqi və Əfqanıstandakı situasiyanı ətraflı müzakirə ediblər.

Prezidenti Barak Obama və Fransa Prezidenti Nikola Sarkozı Ağ Evdə qlobal iqtisadiyyatdan tutmuş, İrana qarşı sərt sanksiyaların tətbiqi və Əfqanıstandakı situasiyanı ətraflı müzakirə ediblər.

Bazar ertəsi Prezident Sarkozı Nyu Yorkda Kolumbiya Universitetindəki çıxışında qəti bəyanatlar verdi.

Heç bir ölkənin təkbaşına dünyanı idarə edə bilməyəcəyini söyləyən cənab Sarkozi dünya maliyyə sisteminin dağılmasının qarşısını almaq üçün ABŞ-ı maliyyə nizamlamaları həyata keçirməyə çağırdı.

"Nizamlamalara gəldikdə, ətraf mühitə gəldikdə, başqalarına qulaq asmağa gəldikdə mən sizə deyirəm: prezidentinizdən geri qalmayın. Dünyanın bir nömrəli qüdrətinin yerdə qalan ölkələrə açıq olmamasına imkan verə bilmərik."

Lakin Ağ Evdə Prezident Obamanın Prezident Sarkozıya öz dostu kimi müraciət etməsi ilə iki lider aralarındakı fikir ayrılıqları haqda dolaşan söz-söhbəti təkzib etməyə çalışdılar.

"Ötən il ərzində prezident və mən bir neçə məsələdə yaxından işləmişik. Biz bir-birimizə hörmət edirik və bir-birimizi anlayırıq və biz inanırırq ki, qəti lakin prqamatik addımlarla tarixin istiqamətini ədalətə və proqresə doğru yönəldə bilərik."

Tərcüməçi vasitəsilə danışan cənab Sarkozı cənab Obama ilə əlaqələrinin yaxın olduğunu söylədi.

"Onun sözü bir teldir. Və bu çox mühümdür. Bizim heç birimizin sürprizlərdən xoşu gəlmir. Zənnimcə burada sürpriz yoxdur. Bacaranda o, iş görür. Bacarmayanda isə bunu olduğu kimi deyir. Odur ki, burada sürpriz yoxdur."

Liderlər Fransanın hazırda 4 min qoşun saxladığı Əfqanıstandakı vəziyyəti müzakirə ediblər.

Ağ Ev sözçüsü Robert Gibbs deyib ki, prezident Obama Fransadan qoşunların sayını artırmaq məqsədilə spesifik xahiş etməyəcək.

Prezident Sarkozı Əfqanıstandakı müvəffəqiyyəti ABŞ, Fransa və Avropanın təhlükəsizliyi üçün mühüm amil kimi dəyərləndirib.

Müzakirələrdə İranın nüvə ambisiyalarına və onun beynəlxalq ictimaiyyətin uran zənginləşdirilməsini dayandırmaq haqda tələbinə məhəl qoymamasına da toxunulub.

Prezident Obama deyib ki, o, qarşıdan gələn həftələrdə yeni BMT sanksiyaları barədə qərarın qəbul ediləcəyinə ümid bəsləyir.

"Əgər iranlılar seçim etsə, qapı onlar üçün açıqdır. Amma onlar diplomatik həll variantının şərtlərini aydın başa düşürlər və bu arada biz BMT sanksiyalarının tətbiqinə doğru qətiyyətlə addımlayacağıq."

Yaxın Şərqə gəldikdə Prezident Sarkozı İsrailin 1967-ci il müharibəsindən sonra zəbt olunmuş ərazilərdə yəhudilər üçün yaşayış məntəqələri inşa etməsini pisləyib.

O, həmçinin Kapitoliyə baş çəkərək ABŞ Konqresinin maliyyə nizamlamaları ilə bağlı apardığı islahatlarla tanış olub.

XS
SM
MD
LG