ABŞ və Hindistan arasında əks-terrorzmlə bağlı razılıq imzalanıb. Sənəddə birgə hücum simulyasiyaları, kibernetika və sərhəd təhlükəsliyi sahəsində əməkdaşlıq və məlumat mübadiləsi əksini tapır. ABŞ-ın Hindistandakı səfiri Timoti Roemerin dediyinə görə, tərəflər razılığı imzalamaqla, terrorzmə qarşı mübarizə sahəsində ciddi addımlar atmış oldu. Razılıq Amerikanın hərbi qərargahlar rəisi, admiral Mayk Müllenin Hindistanda hücumlar həyata keçirən terrorçulara xəbərdarlıq verməsindən bir gün sonraya təsadüf edir. Terror aksiyaları Hindistan və Pakistanı silahlı münaqişəyə yaxınlaşdırıb.