ABŞ və Yaponiya hərbi rəsmiləri Sakit Okeanda ballistik raketdən birgə müdafiə sistemini uğurla sınaqdan keçiriblər. Sınaq cümə axşamı Havay ştatına məxsus Kauay adasından 100 kilometr məsafədə keçirilib. Hədəf mərmi ABŞ-ın Kauaydakı hərbi bazasından atılmış və onu JS Kirişima hərbi gəmisi izləmişdir. JS Kirişima qəbuledici raket ataraq hədəfi Sakit Okean üzərində vurub. ABŞ hərbi qüvvələrinə məxsus Raketdən Müdafiə Agentliyi testi iki dövlət arasında hərbi əməkdaşlıqda mühüm dönüş nöqtəsi kimi alqışlayıb. 1998-ci ildə Şimali Koreya Yaponiya üzərindən raket atdıqdan bəri Vaşinqton və Tokyo raketdən müdafiə sistemi üzərində çalışırlar.