Accessibility links

İraq lideri: Uçuş qadağası kürdləri ac saxlamağa yönəlməyib


Heydər əl-Abadi İraq parlamentinin sessiyasında çıxış edir. Bağdad, İraq. 27 sentyabr, 2017.
Heydər əl-Abadi İraq parlamentinin sessiyasında çıxış edir. Bağdad, İraq. 27 sentyabr, 2017.

İraq Baş Naziri Heydər əl-Abadi cümə günü bildirib ki, kürd regionuna uçuşların qadağası kürdləri ac saxlamaq məqsədi daşımır.

Cümə günü saat 18:00-dan başlayaraq regiona uçan bütün beynəlxalq reyslər dayandırılır. Bu addım kürdlərin müstəqillik üzərində referendumuna cavab olaraq atılıb. Həmin referendumda kürdlərin 92 faizi müstəqilliyə səs veriblər.

Mərkəzi hökumətin hava və quru limanlara nəzarəti bəzi kürd rəsimlərin iddia etdikləri kimi region vətəndaşlarını ac saxlamaq məqsədi güdmür.

Humanitar yardım işçiləri uçuşların dayandırılmasının regionda məskunlaşmış 1.6 milyon qaçqın və köçkünün onsuz da ağır vəziyyətinə pis təsir göstərəcəyini bildirib.

Yazılı bəyanatda Abadi deyib ki, “mərkəzi hökumətin hava və quru limanlara nəzarəti bəzi kürd rəsimlərin iddia etdikləri kimi region vətəndaşlarını ac saxlamaq məqsədi güdmür.”

Səsverməni “qeyri-konstitutsional” adlandıran İraq parlamenti Abadidən kürdlərin hazırda nəzarəti altında olan neftlə zəngin Kərkükə qoşun göndərməyi xahiş edib.

Parlament habelə Kürdüstanda diplomatik missiyaları olan 34 ölkəyə həmin missiyaları qapatmağa və referendumu keçirməyə razı olmuş Kərkük qubernatoru Nəcməddin Kərimi işdən çıxarmağa çağırıb.

Ərbil Beynəlxalq Aeroportu
Ərbil Beynəlxalq Aeroportu

“Biz Kürdüstan regionunda federal səlahiyyətləri bərpa edəcəyik, və biz buna artıq başlamışıq,” Abadi bildirib.

Ərbil aeroportunun direktoru Talar Saleh Bağdaddan hava limanını təhvil vermək barədə göstərişdən çaşbaş qaldığını deyərək bunu necə icra etməli olduğunu bilmədiyini deyib.

“Aeroport elə bir şey deil ki, onu kiməsə verəsən,” Saleh bildirib.

O, əlavə edib ki, aeroportdan hərbi, humanitar və diplomatik uçuşlar davam edəcək.

XS
SM
MD
LG