Accessibility links

Heydər Əl-Əbədi: Mosulda İŞİD məğlub edildi


İraqın baş naziri Heydər Əl-Əbədi Mosul şəhərinin azadlığı uğurunda 8 ay davam edən döyüş iştirakılarını təbrik edib. Mosul 3 il idi ki, İraq hökumətinin nəzarətindən çıxmışdı.

Onun aparatından yayılan məlumatda deyilir ki, şəhərin azadlığı ilə bağlı baş nazir ordunu təbrik edib və bunu İraq xalqının "böyük qələbəsi" adlandırıb.

İraq əsgərləri ABŞ-ın rəhbərlik etdiyi beynəlxalq hərbi koalisiyanın dəstəyi ilə 2016-cı ilin oktyabrında Mosulun azadlığı ilə bağlı əməliyyata başlayıb.

BMT-nin məlumatına görə, Mosul uğrunda döyüşlərdə minlərlə yerli sakin həlak olub, 1 milyon insan evini tərk edib.

Hökumət xəbərdarlıq edib ki, Mosulun əsas hissələrində döyüşlər başa çatsa da "İslam Dövləti" yaraqlıları yaxınlıqdakı kəndlərdən fərdi hücumlar həyata keçirə bilər.

Mosulun azad edilməsi əməliyyatlarında koalisiya qüvvələri İraq hərbi qüvvələrinə hava hücumları və quruda dəstək göstərirdi.

Dünyaya Baxış

Dünyaya Baxış. Rusiyada amerikalı jurnalist saxlanıb
please wait

No media source currently available

0:00 0:09:40 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynada müharibə və Çin-Rusiya danışıqları.
please wait

No media source currently available

0:00 0:30:03 0:00
XS
SM
MD
LG