Accessibility links

Heydər Əl-Əbədi Türkiyəni Mosuldakı qüvvələrini geri çəkməyə çağırıb


İraqın baş naziri Heydər Əl-Əbədi Türkiyəni Mosuldakı qüvvələrini geri çəkməyə çağırıb.

İsveçrənin Davos şəhərində Beynəlxalq İqtisadiyyat Forumunda iştirak edən İraq lideri buna cavab verilməli olduğunu deyərək, Yaxın Şərqdə vəziyyətin sabitləşdirilməsinə dair görüşlərini paylaşıb.

İŞİD bizim vətəndaşları qətlə yetirir, bu səbəbdən 4 milyon insan evindən didərgin düşüb

​Əbədi Bağdadın Ankara ilə yaxın qonşuluq əlaqələrinə malik olduğunu və Türkiyənin İslam Dövlətinə qarşı mübarizədə əməkdaşlıq etməsini istədiyini bildirib. O, eyni zamanda Türkiyə qoşunlarının geri çəkilməsinin vacibliyini vurğulayıb.

İraqın baş naziri deyib ki, İŞİD bizim vətəndaşları qətlə yetirir, bu səbəbdən 4 milyon insan evindən didərgin düşüb. O, Türkiyənin yardımına ehtiyac olduğunu bildirib.

​Əbədi Türkiyə hökumətinə müraciət edərək, qüvvələrini Mosuldan çıxarmağa çağırıb.

Türkiyə 2014-cü ildən bəri İraqa qüvvə yerləşdirib. Ötən dekabr ayında isə Ankara 100-dn artıq əlavə tank və artilleriyasını o ölkəyə göndərib. Ankara bunun beynəlxalq hərbi təlimlər missiyası çərçivəsində həyata keçirdiyini iddia edir.

Bağdad isə bunu suverenliyinin pozulması kimi qiymətləndirir.

Əbədi Türkiyənin bu əməlinə izahat vermədiyindən şikayətlənib. İraqın etirazından sonra Türkiyə əlavə qüvvə yerləşdirilmisini dayandırıb.

Beynəlxalq missiya

Türkiyə İraqdakı qüvvələrinin yerli əsgərlərə İslam Dövləti ilə mübarizə məqsədi ilə təlimlər verdiyini bildirib. Bağdad isə Türkiyəni bu missiyaya dəvət etmədiyini iddia edir.

Dünən Davosda Əbədi ilə görüş keçirən Amerikanın vitse-prezidenti Co Bayden İraqla Türkiyəni aralarında narahatlıqların həlli məqsədi ilə dialoqa və İraqın ərazi bütövlüyü və suverenliyinə ehtiram göstərilməsinə səsləyib.

Baydenin şənbə günü İstanbulda Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və baş nazir Əhməd Davutoglu ilə görüşü keçirilməlidir.

Dünyaya Baxış

Dünyaya Baxış. Volodimir Zelenskinin köməkçisinə qarşı sui qəsd cəhdi edilib
please wait

No media source currently available

0:00 0:10:00 0:00

Amerika İcmalı

Amerika İcmalı - 17 Sentyabr 2021
please wait

No media source currently available

0:00 0:29:53 0:00
XS
SM
MD
LG