Accessibility links

İran Ali Məhkəməsi Abbas Lisaninin kasassiya şikayətini təmin etməyib


İran Ali Məhkəməsi tanınmış türk fəal Abbas Lisaninin kasassiya şikayətini rədd edərək, Ərdəbil aşağı məhkəmənin 15 il həbs hökmünü qüvvədə saxlayıb.

Amerikanın Səsinin bölgədə fəaliyyət göstərən hüquq müdafiəçilərindən əldə etdiyi məlumata istinadən, Ali Məhkəmənin qərarı siyasi fəalın vəkili Məhəmmədrza Fəqihiyə iyulun 4-də bildirilib.

Lisani 2019-cu ilin iyul ayında Ərdəbil İnqilab Məhkəməsində “Qərbi Azərbaycan vilayətində türk icmasını təhrik etmək”, “GAMAC adında qruplaşmanı təşkil və idarə edib və ona üzv olmaq” və “ölkənin təhlükəsizliyini pozmaq” ittihamları ilə mühakimə edilmişdi. Məhkəmə siyasi fəalı “ölkənin təhlükəsizliyini pozmaq”da günahlandıraraq, onu 8 il həbs və 2 sürgün cəzasına məhkum etdi. Siyasi fəal ilk iki ittihamdan isə bəraət qazanmışdı.

Abbas Lisani Apellyasiya Məhkəməsinə müraciət edərək ilkin məhkəmənin çıxardığı qərara etiraz etmişdi. Milli fəalın şikayətinə baxan Ərdəbil Apellyasiya Məhkəməsi fəalın ilkin məhkəmədə bəraət qazandığı iki ittihamı yenidə dosyeyə əlavə edərək, həbs cəzasını 8 ildən 15 ilə artırdı. Lisani bu dəfə İran Ali Məhkəməsinə müraciət etdi.

Daha əvvəl Ərdəbildən Amerikanın Səsinə danışan milli fəal İsa Əzizinin bildirdiyinə görə, ilkin məhkəmədə Abbas Lisaniyə ittihamlarını oxuyan hakim Ətəbati Apellyasiya Məhkəməsində onun kasassiya şikayətinə baxıb.

Abbas Lisani 2019-cu ilin yanvar ayından bəri Ərdəbil həbsxanasında saxlanılır. O, təqribən 15 il ərzində göstərdiyi fəaliyyətlər səbəbilə dəfələrlə həbs və mühakimələrə məruz qalıb və Təbriz, Əhər, Ərdəbil, Yəzd və Şiraz kimi şəhərlərin həbsxanalarında illərlə həbsdə saxlanılıb. Siyasi fəal bundan əvvəl həbsdə saxlanıldığı dönəmlərdə işgəncəyə məruz qaldığını bildirib.

Amerika İcmalı

Amerika İcmalı - 22 Oktyabr, 2021
please wait

No media source currently available

0:00 0:29:58 0:00
XS
SM
MD
LG