Accessibility links

İsa Əzizi: Ağır həbs hökmləri ilə türk fəalları susdurma siyasəti əks nəticə verir


Ərdəbil və Tehran İnqilab Məhkəmələri tərəfindən ağır həbs hökmlərinə məhkum olan milli fəallar Abbas Lisani, Kazım Səfabəxş, Tovhid Əmir-Əmini və Kiyanuş Aslani uzun müddətdir ki, aydan aya uzadılan nəzarət qərarı ilə həbsxanada saxlanılırlar. Ərdəbildən Amerikanın Səsinə danışan fəal İsa Əzizi bu fəalların hazırkı vəziyətini şərh edib.

İsa Əzizi Amerikanın Səsinə danışır
please wait

No media source currently available

0:00 0:13:37 0:00

Əzizi siyasi məhbusların mühakimə prosesinin yekunlaşmadığını və hazırda qanunsuz şəkildə həbsdə saxlanılqdıqlarını vurğulayır. O, həmçinin Cənubi Xorasan vilayətinin Qain şəhərində sürgündə yaşayan siyasi fəal Siyamək Mirzayinin durumu haqqında danışıb.

İsa Əzizi
İsa Əzizi

Ərdəbil vilayətinin Apellyasiya Məkəməsi sentyabrın 16-da ilkin məhkəmədə 8 il həbs və iki il sürgün cəzasına məhkum edilən siyasi fəal Abbas Lisaninin şikayətinə baxıb.

Qəribə məsələ budur ki, Abbas bəyə hökm verildiyi zaman Ərdəbil məhkəməsinin prokuroru olan hakim Ətəbati indi də Apelyasiya Məkəməsinin hakimi olaraq Abbas bəyin şikayətini baxır. Yəni ilkin hökmü oxuyan adam indi kassasiya şikayətinə baxır.


“Qəribə məsələ budur ki, Abbas bəyə hökm verildiyi zaman Ərdəbil məhkəməsinin prokuroru olan hakim Ətəbati indi də Apelyasiya Məkəməsinin hakimi olaraq Abbas bəyin şikayətini baxır. Yəni ilkin hökmü oxuyan adam indi kassasiya şikayətinə baxır,” İsa Əzizi bildirir.

O, deyir ki, “təbii proses budur ki, dosye gedər başqa hakimin əlinə, o yenidən baxar. Zatən apellyasiya məhkəməsi buna görədir ki [müttəhim] hakimin hökmünü ədalətsiz bilib ayrı hakimin baxmasını istəyib. Apellyasiya məhkəməsinin məntiqi budur. Amma indi hökmü verən şəxs yenidən [kassasiya şikayətinə] baxır.”

Abbas Lisani məhkəmə hökmünün siyasi olduğunu və milli fəalları qorxutmaq məqsədi ilə çıxarıldığını önə çəkib.

İsa Əzizinin sözlərinə görə, “Abbas bəy hər zaman öz haqqından istifadə edib və müdafiəsini yazılı olaraq türk dilində təqdim etmişdi. Bu son apellyasiya məhkəməsində də hazırladığı yazılı müdafiədə gözəl və incə nöqtələrə toxunmuşdur. Bu hökmlərin hamısını ədalətsiz və haqsız bilib və siyas hökmlər olaraq milli fəallar arasında qorxu yaratmaq amacı ilə verilən hökmlər olduğunu bildirib.”

Əzizi hesab edir ki, Abbas Lisani və digər fəallar ortaya qoyduqları təpkilər nəticəsində bu ağır həbs hökmləri əks yöndə təsir göstərib:

Bu ağır hökmlərin bir funksiyası ola bilər. O da qorxu yaratmaq. Milli fəalları susdurmaq. Amma bu qorxunu yarada bilməyiblər. Hətta bu hökmlər bir məsuliyyət hissinin ortaya çıxmasına yol açdı ki, bizim insanları ağır hökmlərlə məhkum edirlər və biz səssiz qala bilmərik.


“Abbas bəyin müdafiəsində son cümləsi bu idi ki; ‘həqiqət və millətlər qalacaq, bizli ya bizsiz, Azərbaycan azad olacaq.’ O. Bu cümlə ilə bu hökmlərin hamısının təsirsiz olduğunu göstərir. Çünki bu ağır hökmlərin bir funksiyası ola bilər. O da qorxu yaratmaq. Milli fəalları susdurmaq. Amma bu qorxunu yarada bilməyiblər. Hətta bu hökmlər bir məsuliyyət hissinin ortaya çıxmasına yol açdı ki, bizim insanları ağır hökmlərlə məhkum edirlər və biz səssiz qala bilmərik.”

Tehran İnqilab məhkəməsi türk dil haqları müdafiəçiləri Tovhid Əmir-Əmini və Kiyanuş Aslanini 9 və 5 il həbsə məhkum edib. Aslani haqqında əlavə olaraq 2 il qeyri-hökümət təşkilatlara üzvlükdən məhrumiyyət cəzası çıxarılıb.

İsa Əzizi hər iki fəalın hazırda Tehranın Evin həbsxanasında saxlanıldığını bildirir.

“Tovhid Əmir-Əmini və Kianuş Aslani fevralın 20-də, yəni Dünya Ana Dili gününə bir gün qala, deyilənlərə görə, Tehranda ana dili gününü təbrik deyən posterlər payladıqları zaman tutulublar. Onlar tutulduqdan sonra Evin zindanının 209 nömrəli bölməsinə göndəriliblər. Yəni Ettelaata məxsus bölmə. Aslani təqribən 45 gün və Əmir-Əmini təqribən 75 gün təkadamlıq kamerada saxlanılıb, sonra ümumi bölməyə köçürülüblər,” Əzizi bildirir.

O, Lisani, Əmir-Əmini, Aslani, habelə 13 il həbsə məhkum olan Kazım Səfabəxşin mühakimə proseslərinin yekunlaşmadığına diqqət çəkir:

“Bunların heç birinin məhkəmə prosesi tamamlanmamış. Qəti hökm çıxarılmamış. Amma saxlanıldıqları gündən həbsdədirlər. Nə mülki zəmanətlə çıxmalarına izin verilir, nə də məzuniyyət haqqından istifadə edə bilirlər. Bu qanunsuz bir gedişatdır.”

İsa Əzizi həmçinin hazırda Cənubi Xorasan vilayətinin Qain şəhərində sürgündə yaşayan siyasi fəal Siyamək Mirzayinin durumu haqqında danışıb. Onun sözlərinə görə, “Mirzayinin xanıma da Qain şəhərinə köçüb və hazırda orada yaşayırlar.”

Şərhlərə bax

XS
SM
MD
LG