Accessibility links

Mahmud Abbas xəstəxanadan çıxıb


Fələstin prezidenti Mahmud Abbas xəstəxanadan çıxıb. 83 yaşlı lider qızdırma ilə xəstəxanaya bir həftə əvvəl yerləşdirilmişdi. Uzun müddət siqaret çəkən Abbasın çəki problemi də var.

Səhhət problemləri olan Fələstin lideri on il əvvəl prostat xərçəngindən müalicə edilib.

"Allaha şükür, xəstəxanadan sağlam çıxdım və sabah işimə qayıdacağam" , Abbas bildirib.

O, ağır iş rejimi və ABŞ-ın Qüdsü İsrailin paytaxtı kimi tanımasının səhhətinə ziyan vurduğunu bildirib.

ABŞ-ın İsraildəki səfirliyi Tel-Əvivdən Qüdsə köçürməsini fələstinlilər və beynəlxalq ictimaiyyətin böyük hissəsi qınayıb.

ABŞ səfirliyinin rəsmi olaraq Tel-Əvivdən Qüdsə köçürülməsinin əleyhinə minlərlə insanın etiraz aksiyası keçirdiyi Qəzza zolağının sərhədində 37 adam həlak olub, azı 500 nəfər isə yaralanıb. Etiraz aksiyaları zamanı öldürülənlərin sayı 60-ı ötür.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG