Accessibility links

M. Abbas Fələstinin BMT-yə üzvlüyü barədə fəaliyyətlərinə davam edir


M. Abbas Fələstinin BMT-yə üzvlüyü barədə fəaliyyətlərinə davam edir
M. Abbas Fələstinin BMT-yə üzvlüyü barədə fəaliyyətlərinə davam edir

Abbas BMT-yə üzvlük məsələsini Fələstin Şurasının üzvləri ilə Ramallahda müzakirə edib. Bundan bir neçə gün əvvəl Cənab Abbas sentyabrda Fələsitinin dövlət kimi tanınması barədə strategiyanı yekunlaşdırmaq üçün Fələstin diplomatları ilə İstanbulda görüşüb

Fələstinin prezidenti Mahmud Abbas çərşənbə günü bir daha təkidlə bildirib ki, təklif olunan Fələstin dövlətinin Birləşmiş Millətlər Təşkilatına daxil olması istiqamətində səylərini davam etdirəcək.

Mahmud Abbas deyib ki, BMT –yə üzvlük ideyası heç də İsraillə danışıqların və Yaxın Şərq sülh prosesinin bərpası məsələsinə alternativ deyil.

Abbas BMT-yə üzvlük məsələsini Fələstin Şurasının üzvləri ilə Ramallahda müzakirə edib. Bundan bir neçə gün əvvəl Cənab Abbas sentyabrda Fələsitinin dövlət kimi tanınması barədə strategiyanı yekunlaşdırmaq üçün Fələstin diplomatları ilə İstanbulda görüşüb

Fələstin VAFA xəbər agentlinin məlumatına görə, Mahmud Abbas qarşıdurmalardan qaçmaq üçün işləri ABŞ və Avropa ilə koordinasiya etməyi planlaşdırır.

Çərşənbə günü Fələstinin BMT- dəki müşahidəçisi Riyad Mənsur bildirib ki, Fələstinin dövlət kimi tanınması səyləri sülh prosesinə mane ola bilməz, əksinə, iki dövlətli həll yoluna nail olmaq üçün səyləri möhkəmləndirəcək. Mənsur bildirib ki, onun hökuməti İsrailin xoşniyyətli danışıqlar aparmasını bundan artıq gözləyə bilməz.

XS
SM
MD
LG