Accessibility links

Biznesmenin məhkəməsində ittihama qarşı ittiham səslənib


Abdulla Abdullayev
Abdulla Abdullayev

Bakı Ağır Cinayətlər Məhkəməsində AMAY şirkətinin qurucusu Abdulla Abdulayev və daha 6 nəfərin işi üzrə məhkəmə prosesi davam edib.

A.Abdullayev 2014-cü il aprelin 4-də həbs edilib. Ona qarşı Cinayət Məcəlləsinin dələduzluq, kütləvi mənimsəmə, çirkli pulların yuyulması, səlahiyyətlərindən sui-isitfadə itithamları irəli sürülüb

Turan agentliyinin məlumatına görə, məhkəmədə Orxan Cəfərov adlı şəxs mülki iddia ilə çıxış edərək 2 milyon manat 120 min təzminat tələb edib. Onun sözlərinə görə, nənəsi və dayısı 2011-ci ildə qeyri-yaşayış sahəsi alıb, əmisi və dayısı rəhmətə getdikdən sonra həmin yer başqasına satılıb.

Müdafiə tərəfi O.Cəfərovun A.Abdullayev və 6 nəfərin işi üzrə cinayət materiallarında şahid kimi dindirildiyini, ibtidai istintaq zamanı zərərçəkən kimi tanınmadığını əsas gətirərək onun indi zərərçəkən kimi tanınmasının qanunvericiliyin tələblərinə zidd olduğunu bildirib. Bundan əlavə, onun adı çəkilən sahəyə varisliyini sübut edən hər hansı sənədin olmadığı nəzərə çatdırılıb. Adının zərərçəkənlər siyahısından çıxarılması tələb edilib. Vəkillər bu məsələnin müzakirəyə çıxarılmasının əsassızlığını hakim Əfqan Hacıyevin nəzərinə çatdırıb. İddianın məhkəmə istintaqı başlanmasından sonra verilməsini qeyd edərək icraata qəbul edilməməsi barədə vəsatət qaldırıblar.

Vəkil Osman Kazımovbu şəxsin məhkəməyə yönləndirilməsini “istintaqın oyunu” hesab edib.

Öz növbəsində dövlət ittihamçısı iddia sənədinin fevralın 18-də poçtla yola salınmasını əsas gətirərək iddianı icraata qəbul etməyin mümkünlüyünü deyib. Hakim O.Cəfərovun zərərçəkən kimi tanınması ilə bağlı ittiham tərəfin istəyini qəbul edib.

“Bu addım hakimin qərəzli olduğunu, ədalətdən uzaqlaşdığını göstərdi”, vəkil Əkbər Bağırov qərara münasibətini bildirib.

Vəkil O.Kazımov isə hakimdən qanuna hörmətlə yanaşmağı tələb edib. Müdafiə tərəfi 15-dən çox vəsatətlərinin heç birinin qəbul olunmamasını, ittiham tərəfin bütün vəsatətlərinin qəbul edliməsini qərəz kimi dəyərləndirib. İstintaq materiallarında O.Cəfərovun “zərərçəkən” olmasını sübut edəcək bir sənədinolmadığı söylənilib.

A.Abdullayev özü isə qərarı kimlərsə tərəfindən sui-isitfadə halı sayıb.

“30-a yaxn şəxsə mənzil vermişik, hələ də pulunu ödəməyiblər, indi biz də iddia qaldıraq ki, zərərçəkənik, evləri qaytarın, yəni, demək istəyirəm ki, bir insanlıq məsələsi var, onu ayaqlamayın”, o bildirib.

Daha sonra A.Abdullayev məhkəmədə ifadə verməyə başlayıb. O, Baç Prokurorluğun Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsini (KQMB) 25 illik biznes fəaliyyətini yerə vurmaqda suçlayaraq bu qurumun iş adamlarını əsassız həbsə almasını dövlətə qarşı təxribat adlandırıb. Iş adamı adı çəkilən qurumu bankla tərəf arasındakı müqavilə öhdəliyi kimi mülki işi cinayət işinə çevirməkdə ittiham edib. Avropa konvensiyalarının belə hərəkətləri birmənalı qadağan etdiyini xatırladıb.

“Belə çıxır ki, prokurorluq ölkə parlamentinin qəbul etdiyi qanunlara, dövlətin beynəlxalq öhdəliklərinə tüpürür, özü “qanun” yaradır”, deyə ölkə prokuroluğunu özbaşınalıqda və prezidentin tapşırıqlarını saymamaqda ittiham edib.

2014-cü ildə İranda çalışdığı 4 ay ərzində 3 zavod tikdiyini deyən iş adamı 12 aydır ki, davam edən həbs həyatı ilə fəaliyyətsizliyə düçar olunduğunu nəzərə çatdırıb. Haqqını Avropa məhkəməsində alacağını bəyan edən A.Abdullayev vəkillərini bu işi Avropa məhkəməsinə hazırlamağa səsləyib.

“Nə qədər ki Zakir Qaralovlar (baş prokuror) var, bu ölkədə inkişaf, ədalət olmayacaq”, - iş adamı ölkə prokurorluğunu iş adamlarını sıxışdırmaqda günahlandırıb. O, cinayətkar olmadığını, üzərinə düşən öhdəlikləri yerinə yetirdiyini, adı çəkilən kredit borclarının artıq bağlanmasına baxmayaraq cinayət işınin açılmasını anlamadığını söyləyib.

A.Abdullayev KQMİ əməkdaşlarını təhqir etməsi haqda iddiaları da rədd edib.

“Bunu kimlərsə uydurur və məqsəd mənim barəmdə mənfi rəy yaratmaqdır, mənsə sözü üzə deyirəm, arxada yox”, A.Abdullayev deyib.

İş adamı ittiham tərəfin barəsində həbs qətimkan tədbiri seçilməsinə “cəmiyyət üçün təhlükəli şəxs olması” iddiasına da cavab verib. O, ittiham tərəfinin bu iddiasını cəfəngiyyat adlandırıb.

A.Abdullayev ittiham tərəfin istintaqdan yayınması iiddiasını rədd edib. 2014-cü il aprelin 4-də müstəntiqin yanına getdiyini və elə oradan Binəqədi məhkəməsinə aparılaraq barəsində həbs qətimkan tədbirinin seçildiyini yada salıb.

O 2004-cü ildə metronun “Gənclik” stansiyası yaxınlığında şirkətə məxsus ticarət mərkəzinin sökülməsinə də toxunub. O zaman ölkədə biznes fəaliyyətinə son qoyaraq xaricdə çaılşmaq istədiyini söyləyib. Amma bəzi dövlət məmurları yeni obyekt tikilməsi üçün mənə maliyyə vəsaiti veriləcəyini bildirib. Maliyyə yardımı olmayıb, o zaman Kiprdəki zavodunu sataraq həmin vəsaiti şirkətin indi Bakının Nobel prospektindəki “Xətai” Ticarət Mərkəzini tikdiyini, 2006-cı ildə bu mərkəzin tikintisinin başa çatdığını deyib. Onun sözlərinə görə, elə həmn zamandan da şirkətin müxtəlif təsərrüflarına qarşı cinayət işlərinin açılmasına başlanıb.

Bundan sonra hakim Ə.Hacıyev məhkəmə prosesinə fasilə verib.Məhkəmə iclası martın 6-sı saat 14-də davam etdiriləcək.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG