ABŞ prezidenti Donald Tramp müsəlman əksəriyyətli altı ölkənin vətəndaşlarına şamil edilən giriş qadağası təklifinə baxılması üçün ölkənin ən yüksək məhkəmə instansiyasına müraciət edib.
Cümə axşamı Tramp administrasiyası ABŞ-ın Ali Məhkəməsinə müraciət edərək, aşağı məhkəmələr tərəfindən icrası durdurulan qərara yenidən baxılmasını xahiş edib.
Federal appelyasiya məhkəməsi may ayında Trampın bu sərəncamının icrasını durdurmuşdu.
Virciniyanın Riçmond şəhərində yerləşən Appelyasia Məhkəməsi sərəncamın icrasını durduraraq, buna səbəbin prezidentin sərəncamının müsəlmanlara qarşı diskrimasiya xarakteri daşıdığı göstərilib.
13 nəfərdən ibarət hakimlər heyətinin əksəriyyəti bu nəticəyə Trampın seçki kampaniyası dövründə tvitter mesajları, televiziya müsahibələri və bəyanatlarınına əsasən gəliblər.