Accessibility links

ABŞ UNESCO-nu tərk edir


ABŞ UNESCO-nu tərk edir. Bu addım təşkilatın İsrailə qarşı qərəzli mövqeyinə görə atılır.

ABŞ Dövlət Departamentinin bildirdiyinə görə, çıxış rəsmi olaraq 2018-ci il dekabrın 31-də baş verəcək.

Bu qərar asanlıqla qəbul edilməyib və ABŞ-ın UNESCO-nu xərcləri, təşkilatda fundamental islahatlara ehtiyac və anti-İsrail qərəzi ilə ilə bağlı artan narahatlıqlarını əkst edirir.

Amma ABŞ təşkilatda daimi müşahidəçi kimi fəaliyətini davam etdirmək niyyətindədir.

Vaşinqton təşkilatda köklü islahatlar aparılmasını istəyir.

“Bu qərar asanlıqla qəbul edilməyib və ABŞ-ın UNESCO-nu xərcləri, təşkilatda fundamental islahatlara ehtiyac və anti-İsrail qərəzi ilə ilə bağlı artan narahatlıqlarını əkst edirir,” Dövlət Departamentinin sözçüsü Heather Nauert bildirib.

UNESCO-nun rəhbəri İrina Bokova ABŞ-ın bu addımdan dərin təəssüfünü bildirib.

ABŞ 2011-ci ildə təşkilatın maliyyələşdirilməsini dayandırıb.

Bu, UNESCO-nun Fələstin müxtariyyətinə daimi üzv statusu verməsindən sonra baş verib.

İsrail də UNESCO-dan çıxacağını bəyan edib.

Son dövlər UNESCO rəhbəri İrina Bokovanın adı bir sıra qalmaqallarda, avtoritar liderlərlə isti münasibətlərdə hallanır.

Azərbaycanlı jurnalist və sabiq siyasi məhbus Xədicə İsmayıl Guardian qəzetinə yazdığı məktubda UNESCO rəhbərini sərt tənqid edib.

Xədicə İsmayıl UNESCO rəhbəri İrina Bokovanın jurnalistin azadlığa çıxmasında rol oynadığına dair iddialarını rədd edib.
Xədicə İsmayıl UNESCO rəhbəri İrina Bokovanın jurnalistin azadlığa çıxmasında rol oynadığına dair iddialarını rədd edib.

"Oktyabrın 2-də "Guardian" qəzetinə yazdığı məktubda UNESCO-nun baş direktoru İrina Bokova mənim Azərbaycan dövlət orqanları tərəfindən həbsimi qınadığını, onardan azadlığa buraxılmağımı tələb etdiyini və mənim Guillermo Cano Ümumdünya Mətbuat Azadlığı mükafatının qalibi olmağımı dəstəklədiyini bildirib," İsmayıl yazıb. "Mən onun söz azadlığı anlayışına sədaqətini sərgiləmək üçün məni nümunə olaraq göstərməsindən şoka düşdüm."

Jurnalist qeyd edib ki, 2014-cü ilin sentyabrında onun öz həbsindən qısa müddət öncə Bokova bir sıra QHT-dən Azərbaycanda müstəqil mediaya qarşı təqiblərdən bəhs edən məktub almışdı. Məktubda həmin vaxtda həbsdə olan doqquz jurnalist və iki bloqqerin adı qeyd edilmişdi. Onların dördü hələ də həbsdədir.

"Problem bitməyib və hökümət hələ də saxta iddialar əsasında media qurumlarını qapatmağa və jurnalistləri həbs etməyə davam edir," İsmayılova bildirib.

XS
SM
MD
LG