Accessibility links

Obama silah qanunlarında dəyişiklik etmək ərəfəsində rəsmilərlə görüşür


ABŞ prezidenti Barak Obama federal silah daşıma qanunlarını nəzərdən keçirmək üçün baş hüquq-mühafizə orqanları rəsmiləri ilə görüşüb.

Obama baş prokuror Loretta Linç, Federal Təhqiqatlar Bürosunun (FBI) direktoru Ceyms Komey və digər rəsmiləri Ağ Evdə qəbul edərək ölkədə silah zorakılıqlarının qarşısını almaq səylərini müzakirə edib.

Bütün Amerika boyu övladını, həyat yoldaşını, yaxud valideynini itirmiş insanlar hər gün bu cür dəhşətli ildönümləri qeyd edirlər, lakin Konqres bunun başqa ailələrin başlarına gəlməməsi üçün heç nə etməyib.
Barak Obama

Hüquq mühafizə orqanlarının rəhbərləri ilə görüş Barak Obamaya Konqresin dəstəyinə ehtiyac olmadan qanuna sərəncam yolu ilə dəyişiklik etmə imkanı yarada bilər. Konqresdə çoxluq təşkil edən Respublikaçılar silah gəzdirmək azadlıqlarını məhdudlaşdıran istənilən qadağaya qarşıdırlar.

Prezident ölkədə son illərdə baş verən kütləvi silah zorakılıqlarından narahatdır. Bu yaxınlarda Kaliforniya ştatının San Bernardino şəhərində baş vermiş terror aktı nəticəsində 14 nəfər həlak olmuşdu.

Cümə axşamı Prezident Obama məsələni CNN-də yayımlanacaq icma görüşündə də müzakirə edəcək.

Müzakirə prezidentin 12 yanvarda illik hesabat məruzəsindən bir neçə gün əvvələ təsadüf edir. Barak Obamanın prezidentlik müddəti 2017-ci ilin yanvar ayında başa çatır.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG