Accessibility links

ABŞ-ın Xarici Yayım Şurasının direktoru Rusiyaya buraxılmayıb


Moskvaya işgüzar səfər edən ABŞ-ın Xarici Yayım Şurasının (BBG) direktoru, NBC Universal-ın icraçi direktoru Ceff Şell Rusiyaya buraxılmayıb və bir neçə saat saxlanılıb.

Amerikanın Səsi, Azad Avropa Radiosu və digər xarici yayım şirkətlərinin işinə görə məsuliyyət daşıyan qurumun rəhbəri olan Şell çərşənbə axşamı Moskvaya endikdən sonra etibarlı Rusiya vizası olmasına baxmayaraq imiqrasiya xidməti tərəfindən saxlanılıb.

BBG-nin məlumatına əsasən Şell qapalı otaqda bir neçə saat saxlanılıb. Daha sonra, o, Rusiyanın təhlükəsizlik rəsmiləri tərəfindən Amsterdama gedən təyyarəyə qədər müşayiət olunub.

Məlumata əsasən, Şell onunla birlikdə səfər edən iş yoldaşlarına deyib ki, təhlükəsizlik xidməti rəsmiləri Rusiyaya giriş qadağasının ömürlük olduğunu bildiriblər.

Şell saxlanılarkən heç bir açıqlama verilməyib. BBG agentliyinin rəsmiləri insidenti müzakirə etmək üçün ABŞ-ın Moskvadakı səfiri Con Teftlə görüşüblər.

Çərşənbə axşamı baş vermiş insident Vaşinqton və Moskva arasında diplomatik əlaqələrin gərginləşdiyi bir vaxta təsadüf edir.

Ötən həftə ABŞ Dövlət Departamenti iyun ayında Birləşmiş Ştatların Moskvada Rusiya polisi tərəfindən Amerika diplomatına hücuma cavab olaraq Rusiyanın iki diplomatını ölkədən çıxardığını elan edib.

Dünyaya Baxış

Dünyaya Baxış. Almaniya ölkəsindəki üç İran konsulluğunu bağlayıb
please wait

No media source currently available

0:00 0:11:51 0:00
XS
SM
MD
LG