Accessibility links

ABŞ fələstinlilərə yardım edən BMT idarəsinin maliyyələşdirilməsini dayandırdı


Tramp administrasiyası BMT-nin fələstinli qaçqınlara kömək edən idarənin maliyyələşdirilməsini dayandırıb. Administrasiya idarənin fəaliyyətində düzəldilməsi mümkün olmayan qüsurların mövcud olduğunu bildirib.

ABŞ-ın Dövlət Departamenti cümə günü bir neçə onillik ərzində fələstinlilərə göstərilən yardıma son qoyub. Rəsmi bəyanatda bildirilir ki, administrasiya məsələni diqqətlə nəzərdə keçirdikdən sonra, Birləşmiş Ştatlar tərəfindən Fələstinli Qaçqınlara Yardım İdarəsinə əlavə ianələrin verilməsini qərarı verib.

BMT-nin Fələstinlilərə Yardım İdarəsinin sözçüsü Kris Qunnes bildirib ki, təşkilatın məktəblərində, tibb mərkəzlərində və təcili dəstək proqramlarında “düzəldilməsi mümkün olmayan qüsurların mövcud olması” ilə bağlı Tramp administrasiyasının fikrini rədd edir. Sözçü əlavə edib ki, Dünya Bankı BMT-nin Fələstinlilərə Yardım İdarəsinin fəaliyyətini yüksək qiymətləndirib və idarənin regiondakı ən effektiv məktəb sisteminin yaratdığını qeyd edib.

Dövlət Departamentinin sözçüsü Hezer Nauert isə öz nəvbəsində bildirib ki, Fələstinlilərə Yardım İdarəsinin davamlı olaraq faydalananlar icmasının genişləndirməsi dayanıqlı ola bilməz və bu səbəbdən idarə uzun illər ərzində böhran vəziyyətindədir.

BMT-nin Fələstinlilərə Yardım İdarəsinin büdcəsinin təxminən 30 faizini təmin edən Birləşmiş Ştatlar 2016-cı ildə idarəyə 355 milyon dollar ayırıb. Lakin Yanvar ayında Tramp administrasiyası ödəməli olduğu ümumi məbləğdən 65 milyon dolları kəsdi, növbəti il üçünsə yalnız 60 milyon dollar ayırdı.

ABŞ rəsmilərin dediyinə görə, bu qərar zamanı Hamasın əraziyə humanitar yardım səylərinə yaratdığı maneələr də nəzərə alınıb.

XS
SM
MD
LG