Accessibility links

ABŞ-ın cənubunda seçici hissləri [Video]


ABŞ-da seçici hissləri
please wait

No media source currently available

0:00 0:02:51 0:00
Demokrat Partiyasının qurultayına ev sahibliyi edən Şimali Karolina ştatının Şarlott şəhərinin civarında siyasi prosesləri Amerikanın fərqli kəsimi izləyir. Amerikanın Səsinin müxbiri Keyn Farabo qurultay məkanından bir neçə yüz kilometr qərbdə, Apallaç regionu kimi tanınan ərazidə insanların siyasi düşüncələrinə nəzər salır.

Tenessi ştatının Roeyn mahalı Apallaç dağlarının ətəyində yerləşir.

“Bura İncil kəmərinin ürəyidir. Çoxlu kilsə var.”

Demokratların Milli Qurultayına yaxında olmasına baxmayaraq təqaüdə çıxmış musiqiçi Qəri Constonun sözlərinə görə burada yaşayanlar və prezident Barak Obamanı nominasiya etməyə toplaşmış adamlar arasında ciddi fərqlər var: “Mən əminəm ki, bu prezident əlavə dörd il də hakimiyyətdə qalsa ölkə viran olacaq.”

Conston prezident Obamanın səhiyyə islahatlarından razı deyil. Yeni qanun bütün amerikalılardan tibbi sığorta almağı tələb edir. O, həmçinin prezidentin stimullaşdırma planına qəzəblidir.

Conston o dərəcədə kəskin Obama əleyhdarıdır ki, başqa mühafizəkarlara qoşularaq üzərində “Obama yaxud Amerika – ikisindən birini seç!” yazılmış yolkənarı reklam lövhəsini maliyyələşdirib.

“Bu, o deməkdir ki, sən ya həmişə tanıdığın Amerikada yaşaya bilərsən, yaxud da bu prezidenti seçsən Amerika birdəfəlik dəyişəcək,” deyə Conston bildirir.

“Fikrimcə bu əməllərdən bəziləri xəyanət həddinə çatıb." Bu, isə Demokrat müəllimə Qloria Consonun fikridir. O, yaxınlıqdakı Noksvill şəhərinə gedərkən bu lövhənin yanı ilə keçir. Burada o, Respublikaçıların nəzarət etdiyi Tennessi parlamentində yer uğrunda mübarizə aparır.

“Burada rəqabət aparmaq çətindir,” o, dillənir.

Son vaxtlarda ştat ofislərinə daha çox Respublikaçıların seçildiyi bir məqamda Conson Tennessi Universitetinin tələbələri kimi gənc Demokratlardan dəstək almağa ümid bəsləyir. Amma o, bilir ki, noyabrda qalib gəlmək üçün bəzi Respublikaçıların da dəstəyini qazanmalıdır.

“Mənim ailə üzvlərimin çoxu Respublikaçıdır. Və fikrimcə onlar Mitt Romninin onları təmsil etdiyini düşünmürlər. Əksər Tennessi sakinləri də bu fikirdədir,” o, bildirir.

Qəri Conston deyir ki, Şərqi Tenessidəki az gəlirli Apallaç icmalarının çoxunda insanlar Respublikaçı namizəd Mitt Romniyə bağlılıq hiss etmirlər, çünki o, varlıdır, və işsiz olmağın əziyyətini çəkməyib.

“Mən onun üçün səs verəcəyəm, çünki hesab edirəm ki, o, yaxşı adamdır.”

Conston deyir ki, o, televizorda Respublikaçıların qurultayına baxıdqdan sonra Mitt Romni və Paul Ryana müsbət münasibət bəsləməyə başlayıb. O, deyir ki, qurultay namizədləri insan kimi təsvir etdi.

Qloria Conson ümid edir ki, Şarlottda da eyni hadisə prezident Obama ilə baş verəcək. Tenessidən qurultaya nümayəndə qismində o, prezident Obamanın ikinci dönəmə nominasiyasına səs verməyi planlaşdırır.
XS
SM
MD
LG