Accessibility links

ABŞ və Cənubi Koreya hərbi dəniz manevrlərinə başlayıblar


Ronald Reyqan təyyarə daşıyan gəmisi
Ronald Reyqan təyyarə daşıyan gəmisi

Birləşmiş Ştatlar və Cənubi Koreya, şənbə günü birgə hərbi dəniz manevrlərinə başlayıblar. Hərbi məşğələlərə üç ABŞ təyyarədaşıyan gəmisi cəlb olunub. Hərbi rəsmilər bu addımı Şimali Koreyaya açıq xəbərdarlıq kimi izah ediblər.

Dörd günlük məşğələlər Cənubi Koreyanın şərq sahilləri sularında, prezident Donald Trampın Asiya regionuna səfəri və Şimali Koreyanın nüvə təhlükəsi müzakirələrinə geniş yer ayrıldığı bir zamanda həyata keçirilir.

Cənubi Koreyanın birgə komandanlığını rəhbəri bildirib ki, Ronald Reyqan, Teodor Ruzvelt və Nimitz təyyarədaşıyan gəmiləri çərşənbə axşamına qədər keçiriləcək məşğələlərə qoşulacaqlar.

Seul hərbi rəsmisinin dediyinə görə, məşğələyə cəlb olunmuş qüvvələr birgə əməliyyat bacarıqlarının gücləndirilməsi və Şimali Koreya tərəfindən təxribat edildiyi halda onların quru hədəflərinə zərbə vurmağa hazırlıqlı olmaq məqsədi güdür.

Son aylar Şimali Koreya ABŞ-ın qitə ərazisinə çata biləcək qitələrarası ballistik raketlərin sınağını və nüvə proqramının intensivləşdirib. Pxenyan həmçinin orta mənzilli raketlərin Yaponiyanın üzərindən uçurmaqla, ABŞ-ın Sakit okeandakı ərazisi və hərbi mərkəzlərinə təhlükə nümayiş etdirib.

XS
SM
MD
LG