Accessibility links

ABŞ və Cənubi Koreya Şimali Koreyaya yaxından nəzarət edir


Şənbə günü şimali Koreya quruluşunun 69-cu ildönümünü tipik mərasimlərlə qeyd edib. Beynəlxalq ictimaiyyət isə Şimali Koreyanın növbəti nüvə sınağı keçirəcəyindən narahatdır.

Cənubi Koreya höküməti şimaldakı fəaliyyəti yaxından izlədiyini bildirib. Buna səbəb Şimalın Koreya Xalq Demokratik Respublikasının 1948-ci ildə yaranmasının şərəfinə növbəti raket sınağı keçirəcəyi ilə bağlı spekulyasiyaların olmasıdır.

Bu həftənin əvvəli Cənubi Koreya növbəti raket sınağına hazırlıqların getdiyinə dair işarələri gördüyünü deyib, baş nazir Li Nak-yon isə vəziyyəti “çox ciddi” adlandırıb. Şənbə günü axşam radələrinədək heç bir sınaq müşahidə olunmayıb.

Şimali Koreya uzun illərdir mühüm bayramları qeyd etmək məqsədilə hərbi texnologiyadan istifadə edir. Ötən il bu gün Şimali Koreya beşinci nevə cihazını sınaqdan keçirdi. Bu ilki ildönümü isə Şimali Koreyanın altıncı və indiyədək ən güclü nüvə sınağını keçirəndən bir həftə sonraya təsadüf edir.

Vaşinqtonda fəaliyyət göstərən Silahlara Nəzarət Mərkəzində Şimali Koreya üzrə təhlilçisi Ceyms MakKeon Amerikanın Səsinə bildirib ki, ölkənin bu il bayramı qeyd etmək üçün bir növ raket və ya nüvə sınağına hazırlıq görməsi təəccüb doğurmaz.

Yaxından izlənilir

Cənubi Koreyanın müdafiə nazirliyinin sözçüsü Fransa xəbər agentliyinə bildirib ki, şənbə günü raket sınağına hazırlıqların getdiyinə dair heç bir işarənin olmadığını bildirib.

O deyib ki, Şimali Koreya ballistik raketləri mobil qurğudan atmaq imkanına sahibdir, ona görə də “Cənubi Koreya ən yüksək müdafiə mövqeyini qoruyub saxlayaraq, Şimali Koreyaya yaxından nəzarət edir.”

MakKeonun dediyinə görə, Şimali Koreya raketləri “ölkə daxilində istədiyi hər yerdən” atmaq üçün lazım olan texnologiyaya sahibdir və daha öncə də beynəlxalq kəşfiyyat xidmətlərindən yayınmaq üçün bəzi taktikalardan istifadə edib.

Lakin o həmçinin qeyd edib ki, “Bu, bizim sınağın harada keçiriləcəyinə dair hər hansı bir fikrə sahib olmayacağımızı göstərmir”.

Cənubi Koreyanın Yonhap xəbər agentliyi adı çəkilməyən hökümət rəsmisinə istinadən bildirib ki, Şimali Koreya hər an Punggye-ridə yeddinci nüvə sınağını, bundan əlavə isə oktyabr ayında hakim Fəhlə Partiyasının yaranmasının ildönümü ərəfəsində də növbəti nüvə testini həyata keçirə bilər.

XS
SM
MD
LG