Accessibility links

ABŞ və Cənubi Koreyanın birgə təlimləri daha kiçikmiqyaslı olacaq


Cümə günü yayılan hesabatda bildirilir ki, Birləşmiş Ştatlar və Cənubi Koreya Pxenyanla diplomatik yaxınlaşma fonunda hər il keçirilən birgə hərbi təlimlərin miqyasını kiçiltməyə və müddətini qısaltmağa qərar verib.

Yonhap xəbər agenliyinin istinad etdiyi mənbəyə əsasən, Cənubi Koreya Key Resolve və Foal Eagle adlı hər il yaz aylarında keçirilən və on minlərlə qoşunun iştirak etdiyi təlimlər gələn ay başlayacaq və əvvəlki illərdlə müqayisədə iki ay əvəzinə bir ay davam edəcək.

ABŞ-ın B-1B bombardmançıları və ya nüvə gücü ilə işləyən zərbə endirən təyyarə daşıyıcı qrupları təlimlərdə iştirak etməyəcək.

Yonhap bildirir ki, ABŞ-ın B-1B bombardmançıları və ya nüvə gücü ilə işləyən zərbə endirən təyyarə daşıyıcı qrupları iştirak etməyəcək.

ABŞ və Cənubi Koreya Pxençxan Qış Olimpiya Oyunları zamanı birgə təlimlərini təxirə salınmışdı.

Seulun prezident aparatının yüksək səviyyəli rəsmisininin bildirdiyinə görə, ötən həftə Şimali Koreyanın lideri Kim Conq Un ölkədə səfərdə olan Cənubi Koreya nümayəndəsinə deyib ki, o, təlimlər davam etsə, bunu başa düşəcək.

Keçmişdə ABŞ-Cənubi Koreya təlimləri Şimali Koreyanı qəzəbləndirib. Onlar bu təlimləri hücuma hazırlıq olaraq qınayıb və provokasiyalarla cavab verib. Bu isə Şimali Koreya ilə Cənubi Koreya və ABŞ arasında gərginliyi artırıb.

Dünyaya Baxış

Dünyaya Baxış. Putin və Pezeşkian Aşqabadda görüşüb
please wait

No media source currently available

0:00 0:11:12 0:00
XS
SM
MD
LG