Accessibility links

ABŞ Çinin prezidentlik müddəti ilə bağlı qərarını ehitiyatla qınayıb [Video]


ABŞ Çinin prezidentlik müddəti ilə bağlı qərarını ehitiyatla qınayıb
please wait

No media source currently available

0:00 0:01:59 0:00

Birləşmiş Ştatlar Çinin prezidentlik müddətinə məhdudiyətləri aradan qaldırmaq təklifinin Çinin daxili məsələsi olduğunu deyir. Çinin bu qərarı Şi Tsinpinin ömürlük prezident olmasına gətirib çıxara bilər.

Çinin prezidentlik müddətinə tətbiq olunan məhdudiyyətləri qaldırmaq planı qəzəbə və Şi Tsinpinin Çinin ömürlük rəhbəri olacağına dair naratlıqlara səbəb olandan sonra Çinin sosial mediası saytlarından “İmperator Şi” ifadəsi yığışdırılıb.

Məncə prezident Şi unikaldır. O bizə Şimali Koreya məsələsində yardım edir.
Donald Tramp

“Bu qərar qəflətən verildi və insanlar çaşqındır, tərəddüd edirlər və bunu anlamaqda çətinlik çəkirlər,” deyə Çin vətəndaşı Dinq bildirib.

“Əgər hər kəs cənab Şi Tsinpinin dürüst və müdrik olduğunu düşünsə, mən bu düzəlişi dəstəkləyərəm," deyə bir digər Çin vətəndaşı Qan bildirib.

Amma Vaşinqton bu addıma həmişəkindən daha səssiz reaksiya verib.

Ağ Evin mətbuat katibi Sara Sanders qərarın Pekinin daxili məsələsi olduğunu deyib.

Çərşənbə axşamı isə Dövlət Departamenti daha ənənəvi cavab verib.

“Biz güclü institutların individual liderlələrdan daha vacib olduğuna inanırıq. ABŞ xarici siyasətinin əsas hissəsini insan haqları və demokratik idarəçiliyin təbliği təşkil edir. Bu, sabit, təhlükəsiz və funksional cəmiyyətin əsas təməlidir,” deyə sözçü Hezer Nauert bildirib.

Şi Tsinpin
Şi Tsinpin

Bu həftənin əvvəli Tramp Şini tərifləyib və Çinin liderinə “böyük hörmətinin” olduğunu deyib.

“Məncə prezident Şi unikaldır. O bizə Şimali Koreya məsələsində yardım edir,” prezident söyləyib.

Bəziləri bu sözlərin ABŞ-ın Çində demokratiyanı təbliğ etmək ənənəsindən uzaqlaşdığına işarə olduğunu düşünür

Biz güclü institutların individual liderlələrdan daha vacib olduğuna inanırıq. ABŞ xarici siyasətinin əsas hissəsini insan haqları və demokratik idarəçiliyin təbliği təşkil edir. Bu, sabit, təhlükəsiz və funksional cəmiyyətin əsas təməlidir.
Hezer Nauert

“Mən prezident Trampın bütün bəyanatlarında tənqidi çıxış etməli olduğuna inanmıram, amma düşünürəm ki, prezidet Şi-yi kənarda tutaraq da Çinin əməllərini qınamağın yolları var,” deyə Atlantik Şuradan Kristin Uormut bildirib.

Prezident olandan bəri Tramp avtoritar liderlərə rəğbətini ifadə edib və bəzi hallarda qeyri-demokratik hökümətləri qınamaqdan yayınıb.

Lakin Trampın Çin ilə münasibətləri yaxında dəyişə bilər. Bir neçə mənbələrə əsasən, o bu yaxınlarda ticarətlə bağlı bəzi qərarlarını açıqlayacaq. Bu qərarlara isə Çindən idxal olunan mallara böyük tariflər tətbiq etmək daxildir.

XS
SM
MD
LG