Accessibility links

ABŞ-la Çin arasında ticarət müzakirələri başlayıb


ABŞ-ın ticarət üzrə nümayəndə heyəti tariflərlə bağlı danışıqlara başlamaq üçün cümə axşamı Pekinə səfər edib.

Müzakirələr ABŞ-ın Çin məhsullarına tariflər tətbiq edərək investisiya məhdudiyyətləri yaratmasının ardından Pekinin şərab və meyvə də daxil olmaqla, bəzi ABŞ məhsullarına rüsum qoymasından bir neçə həftə sonraya təsadüf edib.

Maliyyə naziri Stivin Mnuçin növbəti iki gün ərzində Çinin baş nazirinin müavini Liu Hi ilə danışıqlar aparacaq.

Çinin ticarət təcrübəsi ilə bağlı ABŞ-dan şikayətlərin çoxu məcburi texnologiya transferləri və texnologiyaya edilən dövlət subsidiyaları ilə bağlı olacağı gözlənilir.

Çin dövlət mediasının verdiyi məlumata görə, lazım gələrsə Çin tərəfi ABŞ-ın ticarətlə bağlı hədələrinə cavab verə bilər, ancaq hər iki tərəf üçün ən yaxşısı fikir ayrılıqlarının danışıqlar masası arxasında həll olunmasıdır.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG