Accessibility links

Çin Trampın xəbərdarlığına reaksiya verib


Çin ABŞ prezidenti Donald Trampın son nüvə sınağından sonra Şimali Koreya ilə biznes əlaqələri olan ölkələrlə ticarəti dayandırcağına dair xəbərdarlığının Vaşinqtonla Pekin arasında ticarət əlaqələrini təhlükə altına qoyduğunu bildirib.

Trampın iqtisadi xəbərdalığını həyata keçirib-keçirməyəcəyi aydın deyil. Həyata keçirsə, bunun Çinlə illik 650 milyard dollarlıq ticarətə təsir göstərəcəyi bildirilir.

Birləşmiş Ştatlar və müttəfiqləri BMT-nin Təhlükəsizlik Şurasını Pxenyana qarşı tədbir görməyə çağırır.

ABŞ-ın BMT-dəki səfiri Nikki Heyli bazar ertəsi Təhlükəsizlik Şurası önündə çıxış edib.

O deyib ki, beynəlxalq normalara itayət etməyən Şimali Koreya lideri ilə üzləşən qurum gec olmadan bütün diplomatik yollara əl atmalıdır. “Biz ən sərt tədbirləri görməliyik”, deyə Heyli bildirib.

Çinli sözçü Pekinin Pxenyana qarşı hansı tədbiləri dəstəkləyəcəyini söyləməyi rədd edərək, bunun şura üzvləri arasına aparılan danışıqlardan asılı olacacağını deyib.

XS
SM
MD
LG