Accessibility links

ABŞ hərbi gəmilərini Cənubi Çin dənizinə göndərir


ABŞ Dəniz Donanmasının yüksək rütbəli rəsmisi bildirib ki, Birləşmiş Ştatların hərbi gəmilərini Çinin öz ərazisi iddia etdiyi süni adalar ətrafına göndərməsini nəzərdən keçirməsini təhrikçilik hesab etmir.

Admiral Con Riçardson deyib ki, bu kimi əməliyyatlar beynəlxalq qanunlar çərçivəsində həyata keçirilməlidir.

Çin həmin sularda adalar qurmağa və adalar üzərində hərbi bazalarını yerləşdirməyə davam edir. Həmin suların digər ölkələr tərəfindən də öz əraziləri olduğu iddia edilir.

Riçardson ABŞ-ın niyyətinin mümkün qarşıdurmanın qarşısını almaq olduğunu bildirib.

Müdafiə naziri Eş Karter Pekini ada inşaatını dayandırmağa çağırıb. O, ABŞ-ın həmin sularda beynəlxalq qanunlar daxilində təyyarə uçuşları, gəmilərin hərəkəti və fəaliyyət göstərməsinə davam edəcəyini və Cənubi Çin dənizinin bu qanunların xaricində olmadığını deyib.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG