Birləşmiş Ştatlarda qış mülayim keçdiyi üçün, bu il çox sayda gənənin olacağı gözlənilir. Bu qaniçən parazitlər ölümcül xəstəliklər daşıya bildiyi üçün isə, onlar çox təhlükəlidir.
Tədqiqatçılar balıq toruna bənzər parçadan düzəldilən bu alətlə gənələri tutmağa çalışırlar.
“Biz 2017-ci ilin çox pis keçəcəyini düşünürük, çünki ətraf mühitdə çox sayda yoluxucu xəstəliyi olan gənələr olacaq. Bu isə Laym xəstəliyinin artacağı deməkdir”, deyə Cary Ekosistem Araşdırmaları İnstitutundan Dr. Riçard Ostfeld bildirir.
Onların ən çox tutmaq istədikləri Laym xəsətəliyi daşıyan “qaraayaq gənələr” və Qayalı dağlarda mövcud olan səpgili yatalaq daşıyan Qayalı Dağlar taxta gənəsidir.
Tədqiqatçılar həmçinin yerli heyvanlarda da gənə axtatır, çünki xəstəliyi gənələri bu cür siçanlar yoluxdurur.
“Gənə xəstəliyi olan siçanı dişləyəndə, onun da xəstələnmə riski yüksəlir”, Cary Ekosistem Araşdırmaları İnstitutundan Kelli Oggenruss deyir.
Təhlükə realdır. Bir çox sakin yayda gənələrin səbəb olduğu xəstəliklərə yoluxmamaq üçün bədənlərini tam örtür.
Biz 2017-ci ilin çox pis keçəcəyini düşünürük, çünki ətraf mühitdə çox sayda yoluxucu xəstəliyi olan gənələr olacaq. Bu isə Laym xəstəliyinin artacağı deməkdir.Dr. Riçard Ostfeld
Cill Auerbax: “Bunu unutmamaq lazımdır. Ayaqqabı, corab və şalvar. Gənələr aşağıdan yuxarıya qalxır”.
Komanda təkcə gənələri saymır. Onlar həmçinin dörd il davam edəəck araşdırma başladırlar. Bu araşdırmada onlar bitkilərin üzərinə gənə öldürən göbələk spreyi vurmaqla və yerli heyvanlara pestisid verməklə gənələrin sayının artmasının qarşısı ala bilib-bilməyəcəklərini yoxlayacaqlar.