Accessibility links

ABŞ dövlət katibi Parisdədir [Fotoqalereya]


Con Kerri Paris meri Anne Hidalqo ilə birgə mərasimdə çıxış edib

ABŞ dövlət katibi Con Kerri Fransanın Amerikanın ən qədim dostu adlandıraraq bildirib ki, Birləşmiş Ştatlar və Fransanın terrorizmə qarşı birgə mübarizə aparacağını deyib.

Dövlət katibi Paris şəhərdə keçən həftə 17 nəfərin ölümü ilə nəticələnən hücumlar baş verdiyi yerlərdə əklillər qoyduqdan sonra Paris meri Anne Hidalqo ilə birlikdə "Hotel de Ville"də keçirilən mərasimdə çıxış edib. Yarı ingilis, yarı fransızca nitq söyləyən cənab Kerri hadisəni "qorxaq və nifrət doğuran" hücum adlandırıb.

Mer Hidalqo isə çıxışında Fransanın heç zaman Fransa respublikasının dəyərlərinə hücumları qəbul etməyəciyini bildirib.

Fransa prezidenti Fransua Olland bildirir ki, adi müsəlmanlar radikal islamın əsas qurbanlarıdır.

Cənab Olland Parisdə ərəb mədəniyyəti və Parisin arasında yaxın əlaqələr qurmağa çalışan Ərəb Dünyası İnstitutunda çıxış edib. O bildirib ki, ötən həftə Charlie Hebdo satirik jurnalının ofisində baş verən hadisə insanların etibarını sarsıda bilər və onları “mesajlarını daha yüksəkdən çatdırmağa” vadar edə bilər.

XS
SM
MD
LG