Accessibility links

ABŞ Ədliyyə Nazirliyi Çikaqo Polis İdarəsinə dair istintaq başladıb


ABŞ baş prokuroru Loretta Linç bildirib ki, Ədliyyə Nazirliyi Çikaqo Polis İdarəsinin sistematik şəkildə Konstitusiya pozuntuları həyata keçirib-keçirmədiyini müəyyən etmək üçün istintaq başladıb.

İstintaq keçən ay yayılan videodan sonra başlayıb. 2014-cü ilin oktyabrında çəkilmiş videoda göstərilir ki, polis zabiti 17 yaşlı oğlanı güllələyərək öldürür.

Linçin sözlərinə görə, istintaqın "mahiyyəti" agentliyin gücdən istifadəsinə yönələcək və irqi və ya etnik zəmində agentlərin öldürücü gücdən istifadə edib-etmədiyini müəyyən etməyə çalışacaq. İstintaq habelə idarənin kobud rəftar ittihamlarını necə araşdırdığını da araşdıracaq.

Zabit Ceyson Van Dyuk noyabrın 24-də birinci dərəcəli qətldə ittiham olunub. Ona qarşı ittiham hadisədən bir il sonra irəli sürülüb. İttiham irəli sürüləndən bir neçə saat sonra isə polis kamerasının hadisəni qeydə aldığı görüntülər yayılıb.

Video göstərir ki, qara dərili yeniyetmə McDonald polis zabitlərinin yanında getmək istəyərkən küçənin ortasında maşınından düşən Van Dyuk ona atəş açmağa başlayır. O, hətta atəşi McDonald yerə yıxılandan sonra da davam etdirir.

XS
SM
MD
LG