Accessibility links

ABŞ-da federal hökumətin tam fəaliyyəti bərpa edildi


ABŞ Prezidenti Donald Tramp federal hökumətin yenidən açılmasını nəzərdən tutan qanun imzalayaraq üçgünlük hökumət qapanışına son qoyub. Federal büdcənin təsdiq olunmaması üzündən baş verən qapanışda Respublikaçılarla Demokratlar arasındakı başlıca ixtilaf nöqtəsi mühacirət məsələsi idi.

Bu, ölkə üçün yaxşı xəbərdir.

Bazar ertəsi axşamüstü Nümayəndələr Palatası Senatın təsdiq etdiyi ölçüyə səs verərək onu imzalanmaq üçün prezidentin masasına göndərib.

“Davamlı ölçü” adı ilə tanınan qəbul olunmuş müvəqqəti büdcə qanunu hökuməti fevralın 8-dək maliyyələşdirəcək. Ümid olunur ki, həmin vaxtadək Konqres uzun-dönəmli büdcə üzərində razılıq əldə edəcək.

"Bu, ölkə üçün yaxşı xəbərdir," deyə Demokrat Senator Şerrod Braun bildirib.

"Bu günü bayram etmək lazımdır," deyə Respublikaçı Senator Susan Kollins bildirib. "Hökumət qapananda, bu o deməkdir ki, biz öz idarəçilik borcumuzu yerinə yetirməmişik."

Respublikaçı və Demokrat qanunvericilər büdcə ilə bağlı razılığa gəldikdən sonra müxbirlərin suallarını cavablandırırlar.
Respublikaçı və Demokrat qanunvericilər büdcə ilə bağlı razılığa gəldikdən sonra müxbirlərin suallarını cavablandırırlar.

"Məmnunam ki, Konqresdəki Demokratlar özlərinə gələrək möhtəşəm hərbi qüvvələrimizi, sərhəd patrul xidmətini və təcili yardım işçilərini maliyyələşdirməyə razılıq verdilər," deyə Prezident Donald Tramp mətbuat katibi Sarah Hakabi Sanders vasitəsilə açıqladığı bəyanatda bildirib.

Məmnunam ki, Konqresdəki Demokratlar özlərinə gələrək möhtəşəm hərbi qüvvələrimizi, sərhəd patrul xidmətini və təcili yardım işçilərini maliyyələşdirməyə razılıq verdilər.
Prezident Donald Tramp

Bundan öncə Senatda Respublikaçı çoxluğun rəhbəri Mitç MkKonnell Demokratları əmin edib ki, Senat bir çox mühacirət məsələlərinə baxacaq.

Bu sıraya qeyri-qanuni mühacirlərin özləri ilə Amerikaya gətirdikləri övladlarının bu ölkədə işləmək və təhsil almaq hüququ daxildir ki, Prezident Trampın bunu təsbit edən proqramı ləğv etməsi həmin şəxslərin gələcəyini sual altına alıb.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna prezidenti bildirib ki, vaxtı silaha çevirməlidirlər
please wait

No media source currently available

0:00 0:11:10 0:00

Amerika İcmalı

Amerika İcmalı. ABŞ Ukraynaya 31 Abrams tankı göndərəcək. Azərbaycanın dövlət büdcəsi.
please wait

No media source currently available

0:00 0:29:58 0:00
XS
SM
MD
LG