Accessibility links

ABŞ və Fransa prezidentlərinin görüşündə terrorizmlə mübarizə əsas mövzu olacaq


ABŞ prezidenti Donald Tramp çərşənbə günü prezident Emmanuel Makron ilə əks-terrorizm haqqında müzakirələr və ABŞ ordusunun I Dünya Müharibəsinə daxil olmasının 100 illiyini qeyd etmək üçün Fransaya səfər edəcək.

Hər iki liderin görüşü cümə axşamına təyin edilib. Görüşdən sonra liderlər müxbirlər qarşısında çıxış edəcəklər.

Makron bildirib ki, görüş zamanı bir-biri ilə razı olmadaqları məsələlər də daxil olmaqla, hər iki tərəfin marağında olan və birliklə çalışdıqları mövzular üzərində müzakirələr aparılacaq.

ABŞ rəsmiləri müxbirlərə deyibkər ki, Ağ Ev Suriyadakı vəziyyəti və terrorizmlə mübarizədə ABŞ-Fransa əməkdaşlığını müzakirə edəcəklərini gözləyir.

Fransa 2014-cü ildən Suriyada və İraqda İŞİD hədəflərini bombalayan ABŞ-ın rəhbərlik etdiyi koalisiyanın üzvüdür. Bu il keçirilən bomba hücumlarının əksəriyyəti militantların de fakto paytaxtı Rəqqa şəhərinin yerləşdiyi Suriyada ərazilərini əhatə edib.

Prezidentliklərinin ilk illərində olan Tramp və Makron iqlim dəyişikliyinə qarşı mübarizə kimi mövzularda fikir ayrılığına malikdirlər. Buna baxmayaraq, hər iki prezidentin dövlət əməkdaşlarının sayını azaltmaq və digər oxşar məsələlərdə məqsədləri üst-üstə düşür.

Ağ Ev administrasiyasının yüksək səviyyəli rəsmisi iki prezident arasında münasibəti “çox müsbət” olduğunu bildirib.

XS
SM
MD
LG