ABŞ hökuməti Rusiya təyyarəsinin Misirdə qəzaya uğramasından sonra ölkəyə gələn uçuşlarda təhlükəsizliyi gücləndirir. Bununla xüsusilə təyyarənin bortuna gətirilən əşyaların daha ciddi yoxlanması nəzərdə tutulur. Bununla bağlı ABŞ-ın Daxili təhlükəsizlik naziri Cey Conson açıqlama verib.
O deyib ki, Daxili təhlükəsizlik nazirliyi Nəqliyyat nazirliyi ilə birlikdə müvəqqəti olaraq bəzi regionlardan ABŞ-a gələn sərnişin təyyarələrində təhlükəsizliyin artırılmasına dair ehtiyat tədbirləri görülməsi qərarına gəlib.
Daxili təhlükəsizlik naziri görüləcək tədbirlərin detalları ilə bağlı açıqlama verməyib, lakin o əlavə edib ki, vəziyyət nəzərdən keçiriləndən sonra əlavə ölçülərə ehtiyacın olub-olmaması haqda qərar veriləcək.