Accessibility links

ABŞ hərbi gəmisinin tanker ilə toqquşması nəticəsində 10 dənizçi itkin düşüb


Sinqapurun şərq hissəsində ABŞ-ın USS John McCain hərbi gəmisinin ticarət tankeri ilə toqquşması nəticəsində 10 dənizçinin itkün düşdüyü, beşinin isə yaralandığı bildirilir.

ABŞ-ın Yeddinci Donanmasının bazar ertəsi yaydığı bəyanatında bildirilir ki, idarə edilən raketlərə qarşı müdafiə gəmisi, səhər saat 6:20-də Liberiyanın Alnic MC gəmisi ilə toqquşub. Əlavə edilir ki, McCain gəmisi Sinqapur limanına planlaşdırılmış səfərini həyata keçirirdi.

Bəyanatda həm də bildirilir ki, McCain gəmisi xəsarət alsa da, o, limana öz gücü ilə çata bilib. Sinqapur rəsmilərinin sözlərinə görə, Alnic gəmisinə də zərər deyib, amma gəminin heyətində xəsarət alanlar yoxdur.

ABŞ-ın Yeddinci Donanmasının dediyinə görə, xəsarət alan dənizçilər həkim nəzarətinə ehtiyac duyurlar.

İtkin düşmüş dənizçilərin axtarışı və xilasetməsi əməliyyatlarına Sinqapurun Dəniz Donanması və Sahil Mühafizə Xidməti də cəlb olunub.

ABŞ prezidenti Donald Tramp Tvitter hesabı vasitəsilə hadisə ilə bağlı öz dəstəyini ifadə etmişdir.

USS McCain gəmisinin adı ABŞ Senatoru Con Makkeynin atası və babasının şərəfinə qoyulub. Onların hər ikisi ABŞ hərbi donanmasında admiral vəzifəsində xidmət göstəriblər.

Bu hadisə ABŞ-ın Yeddinci Donanması ilə Sakit Okeanda son iki ayda baş verdiyi ikinci toqquşmadır. İyun ayında USS Fitzgerald gəmisinin yeddi dənizçisi oxşar hadisə nəticəsində həlak olmuşdu.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG