Accessibility links

ABŞ-ın hərbi yük təyyarəsi Corciya ştatında qəzaya uğrayıb [Video]


ABŞ təhqiqatçıları Corciya ştatında ölkənin hərbi karqo təyyarəsinin qəzaya uğramasının səbəblərini müəyyən etməyə çalışır. Qəza nəticəsində təyyarədə olan doqquz nəfər həlak olub.

Təyyarə Savanna Beynəlxalq Hava Limanından yenicə havaya qalxmışdı ki, burnu aşağı magistrala çırpılıb və nəticədə partlayış baş verib.

Puerto Riko Hava Milli Qvardiyasının təyyarəsi Arizonada yerləşən hava bazasına istiqamət almışdı. Həmin hava bazasında 60 il uçuşlardan sonra təyyarənin istifadəsi dayandırılacaqdı.

Təyyarə və heyəti keçən il Britaniyanın Vircin adalarından qasırğa qurbanlarına kömək göstərmiş və daha sonra isə Puerto Rikoda böyük dağıntılara səbəb olmuş Maria qasırğasından sonra yardımda iştirak etmişdi.

XS
SM
MD
LG