Accessibility links

ABŞ-ın iqtisadi artım tempi sürətlənərək, illik 2.6 faiz təşkil edib


Ticarət Nazirliyinin yaydığı hesabatda bildirilir ki, ABŞ-ın iqtisadi artımı aprel, may və iyun aylarında sürətlənərək, illik 2.6 faizə çatıb.

Ümumi Daxili Məhsul göstəricilərindən məlum olur ki, artımın sürətlənməsində istehlak və biznes məsrəflərinin çoxalması rol oynayıb.

ABŞ prezidenti Donald Tramp seçki kampaniyası dövrü ölkənin iqtisadi artımının 3 faizə qədər qaldıracağına söz vermişdi. Prezident buna nail olmaq üçün tənzimləmələri sadələşdirmək, vergiləri azaltmaq və mövcud səhiyyə proqramını ləğv etməyi planlaşdırırdı.

İqtisadi tənzimləmələrlə bağlı vədlərin bir qismi reallaşdırılsa da, Trampın digər islahat təşəbbüsləri konqres tərəfindən təsdiq olunmaqda çətinliklərlər üzləşir.

XS
SM
MD
LG