Accessibility links

ABŞ-da aprel ayında 164,000 insan işlə təmin olunub


ABŞ-da aprel ayında nisbətən daha çox insan işə götürülüb və ölkədəki işsizlik dərəcəsi bir qədər də aşağı düşərək, 3.9 faiz təşkil edib. Bu isə son zamanlar mümkün ticarət müharibəsi və səhm bazarındakı xaos fonunda iqtisadiyyatın möhkəmliyini nümayiş etdirir.

Yeni işə götürülənlərin sayı əvvəlki ayla müqayisədə 135,000-dən 164,000-ə qalxıb. İşsizlik nisbəti isə son altı ay dəyişilməz qalan 4.1 faiz dərəcəsindən 0.2 faiz aşağı düşüb.

Bütövlükdə işsizlik nisbəti 2000-ci ilin dekabr ayından bəri ən aşağı səviyyədədir. Afrikalı-amerikalılar arasında isə işsizsiz nisbəti 6.6 faiz təşkil edib. Bu rəqəm öz növbəsində 1972-ci ildən bəri ən aşağı göstəricidir.

Çox sayda işəgötürən ixtisaslı mütəxəssis tapmaqda çətinlik çəkdiklərini bildirir. Buna baxmayaraq, əksər sənayelərdə yeni işçilərin sayında əhəmiyyətli artım müşahidə edilib. Bir saata olan ortalama məvacib keçən il ilə müqayisədə 2.6 faiz artıb.

İşə götürülmədə artım qlobal bazarlarda kəskin dəyişikliklər, bu yaxınlarda artmağa başlayan inflyasiya və prezident Tramp tərəfindən tətbiq edilən tariflər səbəbilə başlaya biləcək ticarət müharibəsi nəticəsində dayana bilər.

İqtisadiyyatın hazırkı möhkəmliyinin əsas səbəbkarı sağlam əmək bazarıdır. İnsanların məvaciblərində artım, ev bazarını canlandırıb. İstehlakçı əminliyi də son bir il ərzində artmaqdadır.

Dünyaya Baxış

Dünyaya Baxış.Qubad Ibadoğlu ev dustaqlığına buraxılıb
please wait

No media source currently available

0:00 0:11:22 0:00
XS
SM
MD
LG