Accessibility links

ABŞ iqtisadiyyatının fevral ayına olan göstəricilərə əsasən, ölkədə son bir ayda 313,000 insan işə götürülüb. Bu göstərici 2016-cı ilin iyul ayından etibarən ən yüksək rəqəmdir.

Buna baxmayaraq, Əmək Nazirliyindən bildirilib ki, yanvar ayı ilə müqayisədə məvaciblər 2.6 faiz azalıb.

Bununla bərabər, işsizlik göstəricisi 4.1 faiz olmaqla, keçən ay ilə müqayisədə dəyişilməz olaraq qalıb.

İş yerlərinin artımına təsir edən meyarlardan birinin bizneslərin Tramp administrasiyasının həyata keçirdiyi vergi ixtisarlarının iqtisadi inkişafa müsbət təsir edəcəyi ilə bağlı əminliyi olduğu hesab edilir.

Eyni zamanda iqtisadçılar Tramp administrasiyasının polad idxalına 25 faiz, alüminium idxalına isə 10 faiz tarif tətbiq edilməsi qərarının effektlərini təhlil etməyə çalışırlar. The Trade Partnership adlı konsultasiya şirkətinin hesablamalarına görə, yeni tariflər 145,000 iş yeri ixtisarı ilə nəticələnəcək.

Yeni tariflərin polad və alüminium sektorlarında daha çox insanın işə götürülməsinə təsir edəcək. Lakin, konsultasiya şirkətinin hesablamaları göstərir ki, avtomobil istehsalı və qida qabalaşdırması ilə məşğul olan, metal istifadə edən şirkətlərdə kəskin ixtisarlarla nəticələ bilər.

Əlavə olaraq, qiymətlərin artması siqnalları hiss edilsə də, bütövlükdə inflasiya sabit səviyyədədir.

XS
SM
MD
LG