Accessibility links

ABŞ İranda etirazları boğan rəsmilərə qarşı sanksiyalar tətbiq edə bilər


İran etirazçılarına dəstək vəd edən Birləşmiş Ştatlar 21 nəfərin ölümü və 1000-dən çox insanın həbsi ilə nəticələnən təzyiqlərə görə İran rəsmilərini qınayıb.

Ağ Ev rəsmisi cümə axşamı deyib ki, ABŞ keçən həftə başlayan etirazların boğulmasında məsuliyyət daşıyanlara qarşı yeni sanksiyaların tətbiqinə çalışacaq.

Eyni zamanda ABŞ səfiri Nikki Heyli Birləşmiş Millətlər Təşkilatında çıxış edərək, İrandakı vəziyyətlə bağlı cümə günü BMT-nin təcili iclasınının keçirilməsinə çağırış edib.

ABŞ-ın bəyanatları və sanksiyaları çətin ki, İran rəsmiləri, xüsusilə də İranın dini lideri ayətullah Əli Xameneyi tərəfindən yaxşı qarşılansın. Ali lider etirazların təşkilində xarici hökümətləri ittiham edib.

İranda iqtisadi çətinliklərə və hökümətdəki korrupsiyaya qarşı etirazlarla bərabər son iki gün ərzində hökümətə dəstək nümayişləri də keçirilir.

Dünyaya Baxış

Dünyaya Baxış. Rusiya Belqorodda Ukraynanın hava hücumunun qarşısını aldığını bildirib
please wait

No media source currently available

0:00 0:12:17 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG