Accessibility links

Sabiq səfir ABŞ-ın İraqa müdaxilədən əvvəl İranla gizli danışıqlar apardığını deyir


ABŞ-ın yüksək səviyyəli keçmiş rəsmisinin yeni işıq üzü görmüş kitabında deyilir ki, Birləşmiş Ştatlar 2003-cü ildə Səddam Hüseyn devrildikdən sonra İranla İraqın gələcəyinə dair gizli danışıqlar aparıb.

"Elçi" (The Envoy) adlı kitabında ABŞ-ın İraqdakı sabiq səfiri Zalmay Xəlilzad bildirib ki, Cenevrədə keçirilən gizli danışıqlar Tehranın İranın hava hövzəsinə keçən Amerika hərbi təyyarələrinə atəş açmayacağı vədi ilə nətəcələnib. Kitabdan çıxarışlar New York Times qəzetində dərc edilib.

Kitabda deyilir ki, İranın BMT-dəki səfiri və sonradan xarici işlər naziri vəzifəsinə keçəcək Məhəmməd Cavad Zərif ABŞ rəsmiləri ilə görüşlərdə iştirak edib. Zalmay Xəlilzad kitabda yazıb ki, ABŞ hərbi qüvvələri 2003-cü ilin aprelində İraq paytaxtı Bağdad şəhərini tutduqdan sonra da danışıqlar davam etdirilib. Prezident Corc Buşun administrasiyası həmin ilin may ayında danışıqları dayandırıb.

Sabiq səfir öz kitabında yazıb: "Mən əminəm ki, biz diplomatik vasitələr və güc tətbiq etsəydik İranın davranışını istiqamətləndirə bilərdik ."

Amerika İcmalı

Amerika İcmalı - 26 Noyabr 2021
please wait

No media source currently available

0:00 0:30:16 0:00
XS
SM
MD
LG