Accessibility links

Trampın İran sazişindən imtina edəcəyi gözlənilir


ABŞ prezidenti Donald Trampın bir neçə gün ərzində İranın 2015-ci il nüvə sazişinə riayət etməsinin ABŞ tərəfindən təsdiq olunmayacağını elan edəcəyi gözlənilir. Bildirilir ki, Tramp Tehrana qarşı sazişdən öncə tətbiq olunan sanksiyaların bərpa edilib-edilməyəcəyi haqqında qərarın qəbul edilməsi üçün Konqresə 60 gün verəcək.

Qanunvericiliyə görə, prezidentin qərar verməsi üçün 15 oktyabr tarixinə qədər vaxtı var. Amma Ağ Ev mənbələri bildirirlər ki, qərar daha tez elan edilə bilər.

Keçən ay Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasında çıxış edərkən Tramp, İran sazişini ABŞ-ın daxil olduğunu ən bərbad saziş adlandırmışdı.

Britaniya baş naziri Tereza Mey də daxil olmaqla Avropa liderləri razılaşmanın regional təhlükəsizliyə verdiyi tövhəni vurğulayaraq, Trampı sazişdən çıxmaması üçün yola gətirməyə çalışırdılar.

Bir neçə ekspert və keçmiş rəsmilər xəbərdarlıq ediblər ki, bu sazişdən çıxmaqla ABŞ öz etibarlılığını ciddi zərbə vurmuş olacaq.

Dünyaya Baxış

Dünyaya Baxış. İsrail ordusu Qəzza tərəfədən sərhəd qapısını nəzarətə alıb
please wait

No media source currently available

0:00 0:12:37 0:00

Amerika İcmalı

Amerika İcmalı. Beynəlxalq Mətbuat Azadlığı Günü - Azərbaycanda medianın durumu.
please wait

No media source currently available

0:00 0:30:02 0:00
XS
SM
MD
LG