Accessibility links

ABŞ İran nüvə sazişindən çıxdı. Bəs sonra? [Video]


ABŞ-ın İran nüvə sazişindən çıxdı. Bəs sonra?
please wait

No media source currently available

0:00 0:02:10 0:00

ABŞ-ın İran nüvə sazişindən çıxdı. Bəs sonra?

Prezident Donald Trampın İran nüvə sazişindən çıxmasından təxminən üç həftə keçməsinə baxmayaraq, administrasiyanın yeni yanaşmasına heç bir işarə yoxdur.

ABŞ-ın İranla bağlı 12 bəndlik yeni təhlükəsizlik strategiyasını açıqlayan dövlət katibi Mayk Pompeo Amerikanın Səsinin Fars xidmətinə deyib ki, məqsəd İran liderlərinin öz xalqına qarşı hesabatlı olmasına nail olmaqdır.

Mayk Pompeo, ABŞ dövlət katibi: “Siyahıda qeyd etdiyim 12 bəndin hər biri kifayət qədər birmənalıdır. Biz İran hakimiyyətindən çox şey istəmirik. Sadəcə normal liderlər kimi davranmalarını, xalqı talan etməməli olduqlarını deyirik. Xalqın pulunu Suriyada, Yəməndə, Livanda və İraqda sərgüzəştlərə xərcləməyin deyirik. Siyahı davam edir. Xalqınıza liderlik edin, güclü dövlət qurun, resurslarınızı bunu sərf edin deyirik.”

Dövlət Departamentinin siyasi müşaviri Brayan Huk Amerikanın Səsinə bildirib ki, rəsmilər İranla biznes əlaqələri olan şirkətlərin hədəf alınması ilə uzunmüddətli həllə nail olunmasına ümid edirlər.

Brayan Huk, Dövlət Departamentinin Siyasi Planlaşdırma Direktoru: “Bizim hədəfimiz razılaşma əldə etməkdir. İkitərəfli münasibətlər zamanı dəyişikliklərə nail olmağın müxtəlif yolları var. İran nüvə sazişi bizə miras olaraq qalıb və o heç razılaşma adlanmır. Adı “addımlar planı”-dır. Hətta üzərində imzalar belə yoxdur.”

Lakin bəzi təhlilçilər deyir ki, avropalı müttəfiqlərin və regiondakı tərəfdaşların dəstəyi olmadan bu yanaşma ilə nailiyyət əldə etmək mümkün deyil.

Arian Tabatabai, Corctaun Universiteti: “Vahid yanaşma ilə nəyəsə nail olmaq olduqca çətindir. Bəlkə də mümkünsüzdür. Avropalılar bunu düzgün anlayır. Anlayırlar ki, bunu edə bilməzlər. Ona görə də, nüvə sazişini saxlayıb, üzərində irəliləyişlər əldə etməyə çalışırlar.”

Digərləri isə deyirlər ki, bu ilin əvvəlində etirazlara çıxmış İran xalqının yanında olmaq liderlərinin cavabdehliyinin təminatı istiqamətində vacib addımdır.

Behnam Ben Taleblu, Demokratiyaların Müdafiəsi Fondu: “İran xalqı özünü ifadə edir və onların maraqlarını özlərindən başqa heç kim daha yaxşı ifadə edə bilməz. Ona görə də, İran xalqı küçələrə çıxanda, hakimiyyəti xarici sərgüzəştlərə görə ittiham edəndə, siz kimin günahkar olduğu anlayırsınız.”

Tramp administrasiyasının son sanksiyalarının məqsədi İranın ali lideri ilə əlaqələri olan fərdlərin və qrupların hədəf alınmasıdır.

XS
SM
MD
LG