Accessibility links

ABŞ Konqresi Trampın aparat katibi ilə bağlı istintaq aparır


ABŞ Konqresində bir komitə prezident Trampın aparatının katibi Rob Porterin Federal Təhqiqat Bürosu rəsmilərə keçmiş iki həyat yoldaşının onu məişət zorakılığında ittiham etməsi ilə bağlı hesabatı təqdim edəndən aylar sonra Ağ Evdəki vəzifəsində necə qaldığını araşdırır.

Porter ötən ay vəzifəsindən istefa verib, lakin FBI direktoru Kristofer Rey bu həftənin əvvəli qanunvericlərə deyib ki, müstəntiqlər Ağ Ev rəsmilərinə Porterə qarşı məişət zəminində zorakılıq ittihamları ilə bağlı 2017-ci ilin mart ayında məlumat verib.

Yeni araşdırmada diqqət Ağ Evin aparat rəhbəri, Porterin müdiri Con Kellinin bu məsələdəki rolu və onun Porterə qarşı irəli sürülən ittihamlardan xəbərdar olub-olmamasına yönəlib.

“Məncə, general Kelli istefa verməlidir, çünki onlar xalqın bundan xəbərdar olmaması üçün əlindən gələni edib” - deyə, senator Mark Heinrik söyləyib.

Ağ Ev bildirir ki, Kelli zorakılıq ittihamlarından ötən həftə bu ittihamlarla bağlı Britaniyanın Daily Mail qəzetində məlumat yer alandan sonra xəbərdar olub.

XS
SM
MD
LG