Accessibility links

ABŞ Konqresində Azərbaycana dair dinləmə keçirilib [Video]


ABŞ Konqresində Azərbaycana dair dinləmə keçirilib
please wait

No media source currently available

0:00 0:03:12 0:00

ABŞ Konqresində Azərbaycana dair dinləmə keçirilib

"Azərbaycan: ABŞ-ın Enerji, Təhlükəsizlik və İnsan haqları maraqları" mövzusunda dinləməyə konqresmen Dana Rohrabaker sədrlik edib

ABŞ Konqresinin Nümayəndələr Palatasının Xarici Əlaqələr Alt-komitəsində "Azərbaycan: ABŞ-ın Enerji, Təhlükəsizlik və İnsan haqları maraqları" mövzusunda dinləmə keçirilib. Dinləmədə Vudro Vilson Beynəlxalq Araşdırmalar Mərkəzinin tədqiqatçısı Odri Alştadt, ABŞ-ın Azərbaycandakı keçmiş səfiri Riçard Kazlariç və Cons Hopkins Universitetinin Mərkəzi Asiya və Qafqaz İnstitutunun direktoru Svante Kornel konqresmenlər qarşısında ifadə verib.

Azərbaycan hökümətini bir sıra müsbət cəhəti var, lakin bunlara azadlıqların təmin olunması daxil olsa, hər şey daha da yaxşı olar. Bu günkü dinləmənin məqsədi Azərbaycana ağır zərbə endirmək deyil, lakin nöqsanlara əhəmiyyət verməmək situasiyanı düzəltməyəcək
Konqresmen Dana Rohrbaker

Dinləməyə Konqresmen Rohrabaker sədrlik edib. O, açılış çıxışında Azərbaycanın ABŞ-la olan strateji əməkdaşlığının vacibliyindən danışıb. Konqresmen Rohrabaker Azərbaycanın insan haqlarının pozulduğu ölkələrlə qonşu olduğunu qeyd edib, lakin deyib ki, bu, ölkədə insan hüquqları sahəsində pozuntlara bəraət qazandırmağa əsas verə bilməz.

“Azərbaycan hökümətinin bir sıra müsbət cəhəti var, lakin bunlara azadlıqların təmin olunması daxil olsa, hər şey daha da yaxşı olar. Bu günkü dinləmənin məqsədi Azərbaycana ağır zərbə endirmək deyil, lakin nöqsanlara əhəmiyyət verməmək vəziyyəti düzəltməyəcək.”

Daha sonra çıxış edən konqresmen Qreqori Miks Azərbaycanın iqtisadi nailiyyətlərini göstərib, lakin insan haqları və demokratiya sahəsində bir sıra problemin olduğunu qeyd edib. O, ABŞ-ın Azərbaycan iqtisadiyyatının diversifikasiyası və Azərbaycanın öz resurslarından düzgün istifadə edərək, ölkədə yoxsulluğun aradan qaldırılması səylərinə kömək edəcəyini bildirib. Nyu York konqresmeni eyni zamanda demokratik idarəçiliyin strateji əhəmiyyətini vurğulayıb.

Dinləmə
Dinləmə

“İlham Əliyev bilməlidir ki, Azərbaycan hökümətinin vətəndaş cəmiyyətinin bir sıra üzvlərinə qarşı münasibəti bizi narahat edir. Biz onlarla bütün vətəndaşların ifadə azadlıqlarının təmin olunması yolunda əməkdaşlıq etmək istəyirik.”

Konqresmen Albio Sayrs da Azərbaycanda kprrupsiya, insan haqları pozuntuları, media və vətəndaş cəmiyyətinə qarşı təzyiqlərlə bağlı narahatlığını bildirib.

Konqresmen Ted Dötç Azərbaycan və ABŞ arasında enerji və anti-terrorizm sahələrində əməkdaşlığın vacibliyini vurğulayıb lakin deyib ki, “bu, o demək deyil ki, biz ölkədə insan haqları sahəsində vəziyyətə əhəmiyyət verməməliyik.”

Vudro Vilson Beynəlxalq Araşdırmalar Mərkəzinin tədqiqatçısı, tarixçi alim Odri Alştadt Azərbaycanın müstəqil və sabit dövlət olduğunu, ancaq ölkənin demokratik ölkə olmadığını və hökümətin insan haqlarına hörmət etmədiyini bildirib. O deyib ki, ölkədə repressiyalar 2013-cü ildə keçirilən prezident seçkilərindən sonra daha da artıb və “Bakının Maydana”çevrilə biləcəyi ehtimalını irəli sürüb.

Belə etməklə Azərbaycan höküməti legitimliyini itirərək məğlubiyyətə uğrayır. Və bu radikallığa yol aça bilər
Professor Odri Alştadt

“Belə etməklə Azərbaycan höküməti legitimliyini itirərək məğlubiyyətə uğrayır. Və bu radikallığa yol aça bilər.”

Cons Hopkins Universitetinin Mərkəzi Asiya və Qafqaz İnstitutunun direktoru Svante Kornel son illərdə ABŞ-ın Azərbaycandakı inkişafa təsirinin azaldığını deyib. O bildirib ki, on il öncə Azərbaycan höküməti ABŞ-ın tənqidlərini daha yaxşı qəbul edirdi. İndiki dəyişimin səbəbini isə o, ABŞ-ın regiondakı təhlükəsizlik və enerji sahəsindəki maraqlarının azalması ilə izah edib.

ABŞ-ın Azərbaycandakı keçmiş səfiri Riçard Kazlariç Azərbaycan-ABŞ münasibətlərinin zəiflədiyini qeyd edib.

“Azərbaycan hökümətinin ABŞ-ı Ukraynadakı Maydan hadisəsini təşviq etməkdə və ölkədə beşinci kolon yaratmaqda günahlandırmaq iki ölkə arasında əməkdaşlıq üçün müsbət bir hal deyil. Biz yalnız ölkədə demokratiya yarandıqdan sonra əməkdaşlıq barədə danışa bilərik”.

Səfir Kazlariç bildirib ki, insan haqları sahəsində vəziyyət belə davam etsə, rəsmilərə qarşı sanksiyaların tətbiqi məsələsi gündəmə gələ bilər.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG