Accessibility links

ABŞ əsgərlərinin qalıqlarını daşıyan təyyarə Cənubi Koreyaya çatıb


ABŞ hərbi təyyarəsi Şimali Koreyadan 55 amerikalı əsgərin qalıqlarını geri gətirir. Bu qalıqlar altı onillik öncə Koreya müharibəsi zamanı həlak olan ABŞ hərbi xidmətçilərinə məxsusdur.

Birləşmiş Millətlər Təşkilatından və ABŞ Müdafiə Nazirliyinin texniki ekspertləri daşıyan təyyarə cümə günü Cənubi Koreyaya enib.

Bu transfer keçən ay Şimali Koreya lideri Kim Conq Un və ABŞ prezidenti Donald Tramp arasında Sinqapurda keçirilən tarixi görüş zamanı əldə edilən razılıq əsasında həyata keçirilir. Tramp qalıqların Cənubu Koreyaya çatmasından sonra Twitter vasitəsilə Kimə təşəkkürünü bildirib.

Rəsmi repatriasiya mərasimi Seul yaxınlığındakı Osan Hava Bazasında 1 avqust tarixində keçiriləcək.

Koreya müharibəsi amanı 7700 amerikalı əsgər itkin düşüb. Onların qalıqlarının əksəriyyətinin Şimali Koreyada olduğu bildirilir.

XS
SM
MD
LG