ABŞ Kosovo liderlərini ölkənin müstəqillik müharibəsindən sonra ciddi işlərə baxan müharibə cinayətləri məhkəməsini dəyişməməyə çağırır.
"Birləşmiş Ştatlar Kosovo qanunvericilərinin Mütəxəssislər Palatası ilə bağlı qanunu ləğv etmək səylərinə görə narahatdır,” deyə Dövlət Departamentinin sözcüsü Hezer Nauert cümə günü bəyanatda bildirib. “Biz Kosovo Respublikasının siyasi liderlərini Palatanın işini davam etdirmək öhdəliklərini yerinə yetirməyə və məhkəmənin yurisdikdiyasını dəyişməməyə çağırırıq.”
Dekabrın 21-də ABŞ dövlət katibi Reks Tillerson deyib ki, “Balkan ölkələrində ədalət hələ də tam bərpa olunmayıb” və ABŞ “qurbanlar üçün ədaləti dəstəkləməyə sadiqdir,” deyə bəyanatda bildirilib.
Kosovonun siyasi liderləri 2015-ci ildə qanun tətbiq edib və konstitusiyaya düzəliş edərək, Mütəxəssislər Palatasının yaradılmasına qərar verib. Bu məhkəmə 1998-2000-ci illərdə keçmiş Yuqoslaviyada baş verən münaqişə zamanı edilən insanlığa qarşı cinayətlər, müharibə cinayətləri və digər cinayətlərlə bağlı ittihamlarə nəzərdən keçirir.
Lakin ötən həftə çoxluq təşkil edən hakim koalisiyadan qanunvericilər məhkəmənin ləğvi ilə bağlı səsvermənin keçirilməsinə çağırıb, lakin digər patiyaların etirazı səbəbilə bunu etməkdə müvəffəq olmayıb.
ABŞ və digər Qərb ölkələri addımı qınayıb və xəbərdarlıq edib ki, əgər bu baş versə, Avro-Atlantik inteqrasiya səyləri çətinləşəcək.
ABŞ 2008-ci ildə Serbiyadan ayrılıb, müstəqilliyini elan edəndən bəri Kosovonun əsas müttəfiqi və maliyyə tərəfdaşı olub.