Accessibility links

ABŞ qanunvericiləri Kuba hökümətinin amerikalı diplomatlara qarşı hücumu kimin həyata keçirdiyini bildiyini deyir [Video]


ABŞ qanunvericiləri Kuba hökümətinin amerikalı diplomatlara qarşı hücumu kimin həyata keçirdiyini bildiyini deyir
please wait

No media source currently available

0:00 0:01:48 0:00

ABŞ qanunvericilərindən gələn təzyiqlər nəticəsində ABŞ dövlət katibi Reks Tillerson Kubada 24 amerikalı diplomatın səhhətinə qarşı hücumlarla bağlı istintaq aparmaq üçün cavabdehlik şurası yaradacaq. Çərşənbə axşamı Senatda aparılan dinləmə zamanı Dövlət Departamenti rəsmiləri müəmmalı hücumlara reaskiyalarını müdafiə edib, lakin bu hücumlara görə kimin məsuliyyət daşıdığını və ya ABŞ diplomatlarına zərər vermək üçün hansı üsullara əl atıldığını hələ ki, bilmədiklərini deyib. Qanunvericilər daha çox məlumat əldə etmək üçün gizli birifinqlərin keçirilməsinə çağırır.

Havana Qərb Yarımkürəsinin ən çox izlənən şəhəridir. Orada Kuba rəsmiləri amerikalı diplomatların hər bir addımına nəzarət edir.

Məncə bu virusdur, ultrasəsdir. Ekspertlər çox sayda məsələləri araşdırır.
Dr. Todd Braun

Havanada 24 diplomat və işçiyə qarşı hücumlarla bağlı müəmma hələ də davam edir. Kuba hücumlarla hər hansı əlaqəsinin olduğunu inkar edir və buna görə kimin məsuliyyət daşıdığını bilmədiyini deyir.

Senatda dinləmə zamanı rəsmilər hücumların müxtəlif potensial səbəblərini araşdırdıqlarını deyib. Bu hücumlar səs və ya qulaq ağrısı ilə müşayiət olunub.

“Məncə bu virusdur, ultrasəsdir. Ekspertlər çox sayda məsələləri araşdırır,” deyə Dövlət Departamentinin Diplomatik Təhlükəsizlik şöbəsindən Dr. Todd Braun bildirib.

Dövlət Departamenti rəsmiləri deyir ki, bu hücumun təsirinə məruz qalmış insanların simptomları beynin yüngül travmatik zədələnməsinin simptomları ilə uyğun gəlir.

“Bu xəsarətlərin qeyri-təbii yollarla əldə olunan travma ilə əlaqəli olduğuna dair fikir birliyi mövcuddur,” Dövlət Departamentinin tibbi direktoru Çarls Rosenfarb söyləyir.

Diplomatlara hücumun olduğu otel
Diplomatlara hücumun olduğu otel

Prezident Donald Tramp prezident Barak Obamanın Kuba ilə əlaqələrin bərpasına dair imzaladığı qərarı qismən ləğv edib.

Vaşinqton hücumlardan sonra bir neçə diplomat və onların ailələrini Kubadan geri çağırıb və Vaşinqtondakı Kuba səfirliyindən 15 kubalını qovub.

Senatorlar deyir ki, onlar bu qəribə hücumlara görə amerikalı müstəntiqlər qədər çaşqındır.

“Bu insanların başlarına gələnlər hansısa çox inkişaf etmiş texnologiyanın nəticəsidir. Bu texnologiya o qədər mürəkkəbdir ki, biz onu anlamırıq,” respublikaçı senator Marko Rubio deyir.

Rubio buna görə Kuba hökümətindən bəzi hiyləgar şəxslərin və ya ABŞ-ın Kuba ilə daha yaxın əlaqələrinin olmasını istəməyən Rusiya kimi üçüncü bir ölkənin məsuliyyət daşıdığını ehtimal edir. O deyib ki, Kuba kimi sıx nəzarət olunan ölkədə hökümətin bundan xəbərdar olmamasına inanmaq çox çətindir.

XS
SM
MD
LG