Accessibility links

ABŞ-da şagirdlər məktəblərdə baş verən silahlı atışmalara görə siyasətçiləri günahlandırır [Video]


ABŞ-da şagirdlər məktəblərdə baş verən silahlı atışmalara görə siyasətçiləri günahlandırır
please wait

No media source currently available

0:00 0:02:33 0:00

Silahlı şəxsin fevralın 14-də 17 nəfəri öldürdüyü Florida məktəbinin şagirdləri silahların təhlükələrinə qarşı səssiz qalmayacaqlarına söz verir. Onlardan biri, Emma Qonzales, ABŞ-ın silah qanunlarına qarşı tələbə etirazlarının simasına çevrilib. O, ABŞ prezidenti Donlad Tramp daxil olmaqla, Milli Tüfəng Assosiasiyasından kampaniya ianələri alan siyasətçiləri qınayıb. Ölkə boyu şagirdlər #MeNext və #NeverAgain sosial media hərəkatları vasitəsilə ABŞ-ın silah mədəniyyətinə qarşı mübarizə aparmağın yollarını müzakirə edir.

Bu pulu Birləşmiş Ştatlarda 2018-ci ildə silahdan ölənlərin sayına bölsək, adambaşı 5800 dollar edir. Sizin üçün insan həyatının dəyəri bu qədərdirmi, Tramp?
Emma Qonzalez

Florida qubernatoru Rik Skot ötən çərşənbə günü Marcori Stonman Duqlas adına məktəbdə baş verən kütləvi atışmanın qurbanlarının xatirələrinə həsr olunmuş kilsə xidmətində iştirak edib. Bu həftə sonu qurbanların dəfn mərasimləri keçirildiyi bir vaxt, Floridanın Mayami şəhərində böyük silah şousu təşkil olunub. Hər il keçirilən və ziyarətçilərin Parklenddəki məktəbdə baş verən qətliam zamanı istifadə olunan AR-15 tüfəngi də daxil olmaqla müxtəlif silahlar ala bildiyi bu tədbirdə 5 min nəfərin iştirak edəcəyi gözlənilirdi. Özəl satıcıların bu şoularda silah alıcılarının keçmiş tarixçələrini yoxlamaları tələb olunmur.

Bu arada isə Vaşinqtonda Senatın azlıq lideri nyu-yorklu demokrat Çak Şumer deyib ki, Ağ Evin 2019-cu il büdcə layihəsi silah almağı daha da asanlaşdıracaq.

“Prezident Tramp yeni büdcə layihəsində həm keçmiş cinayətkarlar həm də əqli xəstələrin tarixçələrinin yoxlanış sisteminə ayırılan pulları kəsib,” deyə o bildirib.

Tramp Federal Təhqiqat Bürosunu Florida məktəbində baş verən qətliamın qarşısını almaq üçün silahlı şəxslə bağlı ipucuları təqib etməməkdə günahlandırıb. Vitse-prezident Mayk Pens deyib ki, administrasiya məktəblərdə təhlükləsizliyi əsas prioriteti edəcək.

Lakin Florida məktəbində baş verən qətliamdan sağ çıxanlar və ölkə boyu digər şagirdlər siyasi liderlərin hərəkətə keçməmələrinə görə qəzəblənir. Onların içində ən fəalı Emma Qonzalez isə xüsusilə də Milli Tüfəng Assosiasiyasından (NRA) inaə toplayanları qınayır.

“NRA-dən ianə alan siyasətçilər, ayıb olsun sizə,” o deyib.

Qonzalez Trampın güclü silah lobbisindən 30 milyon dollar ianə aldığını və onun sələfinin tətbiq etdiyi və əqli çatışmazlığı olan minlərlə insanın silah almalarının qarşısını alacaq qanunu ləğv etdiyini deyib.

“Bu pulu Birləşmiş Ştatlarda 2018-ci ildə silahdan ölənlərin sayına bölsək, adambaşı 5800 dollar edir. Sizin üçün insan həyatının dəyəri bu qədərdirmi, Tramp?” Emma deyib.

Ölkə boyu indiki nəsil üçün yeni “adi hal,” yəni məktəbdə öldürülmək ehtimalınının qarşısını almaq üçün #MeNext və #NeverAgain kimi hərəkatlar başlayıb. Fəallar isə fərqli bir “adi hal” yaratmaq istəyir. Bu da silah lobbiçilərindən pul alan siyasətçiləri biabır etməkdir. Gələn aylar üçün etirazlar təşkil olunur və hətta şagirdlərin tələb etdiyi silah qanunları tətbiq olunanadək məktəbləri boykot edəcəkləri də müzakirə olunur.

XS
SM
MD
LG