Accessibility links

Miluokidə polislə sakinlər arasında qarşıdurmadan sonra sakitlik hökm sürür


ABŞ-ın Miluoki şəhərinin rəsmiləri bildirib ki, iki gündür davam edən nümayişlərdən sonra bazar ertəsi günü axşam . Qara dərili polis zabitinin qara dərili silahlı şəxsi öldürməsi şəhərdə kütləvi etirazlara səbəb olmuşdu.

Rəsmilər axşam saat 10 radələrində gənclərin küçələrdən çəkilməsinə çağırıb.

Nümayişlər 23 yaşlı Silvill Smit öldürüldükdən sonra şənbə günü başlayıb.

Miluoki şəhərinin polis rəisi Edvard Flinn bildirib ki, Smitin polisin avtomombilini saxlamaq çağırışına məhəl qoymayıb qaçması şübhə yaradıb. Flinnin sğzlərinə görə, Smit bir neçə metr aralandıqdan sonra silahını polisə tuşlayıb və polis zabiti bundan sonra öz silahından ona atəş açaraq onu öldürüb.

Miluoki şəhərinin meri Tom Barret deyib ki, polis zabitinin hadisə zamanı üzərində video kamera olub. Onlar görüntüləri qısa zamanda ictimaiyyətlə açıqlayacaq.

XS
SM
MD
LG