Accessibility links

Çərşənbə axşamı amerikalılar müstəqillik gününü qeyd edib.

Ölkə paytaxtı Vaşinqtona yüzlərlə insan gəlib. Onlar polis zabitləri və hərbi qulluqçuların Milli Müstəqillik Günü Paradı üçün hazırladıqları marşı izləyib.

Prezident Donald Tramp və birinci xanım Melania Tramp Amerikanın 241-ci ildönümünü Ağ Evdə hərbçilərin ailələri üçün piknik keçirərək qeyd edib.

Bir çox Amerika şəhərində atəşfəşanlıq olub.

Britaniya monarxiyasına qarşı silahlı üsyan başladandan bir il sonra 1776-cı ilin iyulun 4-də 13 Amerika mütəmləkəsinin nümayəndələri İstiqlal Bəyannaməsini imzalayaraq rəsmi olaraq Britaniya ilə əlaqələrini kəsdiklərini elan edib.

Üsyan isə Birləmiş Ştatalr və Britaiya 1783-cü ildə Amerika Birləşmiş Ştatlarının müstəqilliyini tanıyan Paris Sazişini imzalayanadək davam edib.

Fikirləriniz

Show comments

XS
SM
MD
LG