Accessibility links

Pentaqon Suriya strategiyasını dəyişməyə hazırlaşır


Birləşmiş Ştatlar Suriyadakı stratefiyasını dəyişməyə hazırlaşır və İslam Dövlətinin elan etdiyi xilafətin süqutundan sonra ilkin bərpa işlərinə yardım etməyə vəd edib.

ABŞ-ın dəstəklədiyi qüvvələr oktyabr ayında terror qrupunun Suriyadakı paytaxtını azad edib. O zamandan bəri, Suriya Demokratik Qüvvələri (SDQ) səylərini İslam Dövlətinin izlərini aradan qaldırmağa yönəldib.

Lakin SDQ-nin nəzarəti altında olan ərazilərdə 1000-dən az İŞİD döyüşcüsünün olduğu düşünüldüyü bir vaxt, ABŞ müdaifə naziri Cim Mattis “normallığa doğru addım atmağa cəhd etmək” zamanının gəldiyini deyib.

“Biz hücum, ərazi ələ keçirmək yanaşmasından uzaqlaşacağıq. Suriyaya daha çox ABŞ diplomatı göndəriləcək,” deyə Mattis cümə günü Pentaqon müxbirlərinə bildirib.

Mattis əlavə diplomat və mülki vətəndaşların Suriyaya nə zaman gedəcəyini bildirməyib və görülən işlərin heç birinin “ölkə qurmaq” ilə əlaqəsi olmadığını vurğulayıb.

Onların səyləri bir zamanlar İŞİD-in nəzarətində olan ərazilərdə partlayıcı maddələri təmziləməyə yönəlib.​

Suriyada təxminən 2 min ABŞ qoşunu qalacaq və onlar diplomatlar vəmülki vətəndaşların təhlükəsizliyini təmin edəcək, eləcə də İŞİD döyüşçülərini təqib etmək üçün təlim keçməyə və yardımla təmin etməyə davam edəcək.

Mattis deyib ki, bu arada ABŞ-ın dəstəklədiyi qüvvələr İŞİD döyüşçülərini təqid etməyə davam edəcək.

Lakin Suriya ərazisinin böyük hissəsi prezident Bəşər Əsədə sadiq Rusiyanın dəstəklədiyi qüvvələrin nəzarəti altında olduğu üçün ilkin bərpa işlərinin necə həyata keçiriləcəyinə dair suallar mövcuddur.

Bu həftənin əvvəli Rusiya Silahlı Qüvvələrinin Baş Ştabının rəhbəri ABŞ-ı Suriyada sabitliyi pozmaları üçün İraq sərhədi yaxınlığında Tanfdakı hərbi bazada keçmiş İŞİD militantlarına təlim keçməkdə günahlandırıb.

Lakin Mattis deyib ki, bəzi kiçik problemlərə baxmayaraq, ABŞ və Rusiyanın Suriyada təyin etdiyi demarkasiya xətti qüvvədə qalıb. O həmçinin hökümət tərəfdarı qüvvələrin bərpa səylərinə müdaxilə edəcəyini gözləmədiyini bildirib.

O, Suriya qüvvələrinin sərhəd xəttini keçmək cəhdinin “səhv addım” olacağını söyləyib.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG