Accessibility links

Avstraliyalı qadının ABŞ polisi tərəfindən öldürülməsinə dair yeni detallar məlum olub


Justine Damond, also known as Justine Ruszczyk, from Sydney, Australia, is seen in this 2015 photo released by Stephen Govel Photography in New York, July 17, 2017.
Justine Damond, also known as Justine Ruszczyk, from Sydney, Australia, is seen in this 2015 photo released by Stephen Govel Photography in New York, July 17, 2017.

Minnesota ştatının Minneapolis şəhərində polis tərəfindən avstraliyalı qadının öldürülməsi ilə bağlı istintaqı aparan agentliyin verdiyi məlumata görə, polis zabitinin atəş açmasından az öncə digər polis əməkdaşı güclü bir səs eşidib.

Meditasiya müəlliməsi olan Castin Daymond şənbə günü polisə zəng edib, mümkün cinsi zorakılıq hadisəsi ilə bağlı məlumat verdikdən sonra evinin arxasındakı həyətdə qətlə yetirilib.

Minnesota Cinayət Bürosundan verilən məlumata görə, Daymonda atəş açaraq öldürən polis məmuru ifadə verməkdən boyun qaçırır. Hadisə ətrafında sualların araşdırılması tələbləri isə getdikcə artır.

Çərşənbə günü Daymondun vətəni Avstraliyada okean sahilində onun anım mərasimi keçirilib. Avstraliyanın baş naziri də daxil olmaqla mərasimdə iştirak edənlər Daymondun qətlinin araşdırılmasını tələb ediblər.

Rəsmilərin verdiyi məlumata görə, polis əməkdaşlarının üzərində olan kameralar bağlı olub. Bu da Minneapolis Polis Departamentinin qaydalarına ziddir.

Hadisə eyni zamanda polisin patrul avtomobilindəki kamerada da yazılmayıb. Hər iki polis əməkdaşı ödənişli inzibati məzuniyyətə göndərilib.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG