Accessibility links

"Hər iki tərəfi danışıqlar masası arxasına qayıtmağa səsləyirik."


Birləşmiş Ştatlar Dağlıq Qarabağ münaqişəsində bir neçə mülki vətəndaş və hərbi qulluqçunun ölməsi ilə nəticələnən atəşkəs pozuntularından dərin narahatlıq keçirir. 6 iyulda verdiyi bəyanatda Dövlət Departamenti hər iki tərəfi hərbi fəaliyyəti dayandırmağa və danışıqlar masası arxasına qayıtmağa səsləyib.

Zorakılıq yalnız zorakılıq doğurur və heç nəyə nail olunmur.

5 iyulda açıqladıqları bəyanatda ATƏT Minsk Qrupunun həmsədrləri bütün tərəfləri hərbi əməlləri dayandırmağa çağırıblar. Belə ki, “zorakılıq yalnız zorakılıq doğurur və heç nəyə nail olunmur.” Həmsədrlər bütün tərəfləri danışıqlar masası arxasına qayıtmağa çağırıblar. Bundan əvvəl, 19 iyun bəyanatında həmsdərlər bu cür danışıqların konfliktin həllinə doğru proqres gözləyən və buna layiq olan region xalqlarına davamlı sülh gətirməyin yeganə yolu olduğunu deyiblər.

Birləşmiş Millətlər Təşkilatı Baş Katibinin sözçüsü Stefan Ducarriç 6 iyulda deyib ki, BMT də ATƏT Minsk Qrupu həmsədrlərinin son atəşkəs rejimi pozuntuları ilə bağlı narahatlıqlarını paylaşır. “Biz [BMT] bütün tərəfləri hərbi əməllərdən çəkinəyə çağırır və onları gərginlikləri azaltmağa və əlavə zorakılıqların qarşısını almağa səsləyirik. Danışıqlar masasına erklən qayıdış bu uzunmüddətli və təhlükəli konfliktin həll edilməsinin yeganə yoludur.

Ədalətli anlaşma beynəlxalq hüquqa əsaslanmalıdır.

Öz tərəfindən Birləşmiş Ştatlar bütün tərəflərlə intensiv şəkildə işləməkdə davam edir. ATƏT Minsk Qrupu həmsədrlərinin mövqeyini paylaşaraq ABŞ-ın uzun dönəmli siyasəti bundan ibarətdir ki, ədalətli anlaşma Helsinki Aktının daxil olduğu beynəlxalq hüquqa əsaslanmalıdır ki, burada zorakılıqlar yaxud zorakılıq hədəsi olmadan, dövlətlərin ərazi bütövlüyü, o cümlədən xalqların bərabər hüquqları və öz müqəddəratlarını müəyyən etmək hüquqları əks olunur.

XS
SM
MD
LG